hemle

ILK INSANLARIN VƏTƏNİ AZƏRBAYCANDIR VƏ İLK PEYĞƏMBƏRLƏR DƏ BİZİM ƏCDADLARIMIZA GÖNDƏRİLİB

Tarix:3-06-2020, 19:46
Baxış Sayı:1 342

Ravil Nuhvadili (Cəfərov Nadir oğlu)

Mehriban və bağışlayan Allahın adıyla.

Öncədən bildirim ki, tarix ilk öncə dini məlumatlardan başlayıb və «Qurani-Kərim»ə mənbə kimi baxmayıb, «Tövrat» və «İncil»dəki məlumatları özündə ehtiva edən «Bibliya»nı elmi mənbə sayanlardan fərqli olaraq mən «Qurani-Kərim»ə istinad edəcəyəm və bu məlumatları təsdiq edən tarixi məlumatlara da istinad etməyə çalışacağam.

Ali-İmran surəsi(3-cü surə)

7. Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.

33. Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi.

Əl-Hücurat (Otaqlar) surəsi (49-cu surə)

13. Ey insanlar ! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir birinizlə tanış olasınız (kimliyinizi biləsiniz) deyə, sizi ayr-ayrı xalqlar etdik…

Yuxarıdakı iki ayədən bunu anlamaq olar ki, insanlar daha öncədən var olmuş, sadəcə Adəm(ə) onların arasından seçilmiş və müəyyən üstünlük verilmişdir. Digər tərəfdən «Əl-Hücurat» surəsində 13-cü ayədəki «Biz sizi bir kişi və bir qadından yaratdıq» ifadəsində konkret olaraq Adəm və Həvvadan söhbət getmir. Bunu arxeoloji tapıntılar da, tədqiqatlar da təsdiq edir. Hz.Adəmin(ə) bağışlanması və xanımı Həvva ilə görüşdüyü yerin adının izahı ərəbcə deyil yalnız qədim Azər-Türk dilində mümkündür. Belə ki, bu yerin adı ARAFAT dağı olduğunu hamı bilir. Bu adın mənasını qədim Azər-Türk dilində izah etməyə çalışaq. Qədimdə AR həm insan, adam mənasında, həm də igid,cəsur mənasında işləndiyini, AF sözünün bu günkü Anadolu türkcəsində(bizdə əfv) bağışlanma anlamında olduğunu, AT isə ucalıq, dağ mənası verdiyini

nəzərə alsaq, Arafat—«Bağışlanan insan dağı» kimi anlaşılır. Bu qəbildən qədim ARARAT dağının adı da «Cəsur insanların dağı» anlamı daşıyır. Bir xalqın tarixini öyrənmək üçün onun yaşadığı ərazidəki yazılı və şifahi toponimlərdən düzgün istifadə edərək müəyyən həqiqətləri aşkar etmək olar.

Azərbaycanda aparılan arxeoloji tədqiqatlarla dini məlumatları müqayisə edərək fikirlərimi əsaslandırmağa çalışacağam.

Azıx mağarası Kiçik Qafqazda, Quruçayın sol sahilində Tuğ (yeri gəlmişkən, Zəngəzur mahalının Mığrı (nüvədililər belə adlandırırdılar, muğ tayfasının adıyla bağlıdır) rayonunun indi Şvanidzor adlanan kəndinin əsil adı Tuğutdur ki, bu adların bir-biriylə bağlı olduğu şəksizdir) çökəkliyində, çaydan 3 km aralıda olub, indiki çay yatağından 200-250 metr hündürdədir. Mağaranın daxil olduğu nöqtə dəniz səviyyəsindən 950-1000 m, həmin dağın zirvəsi isə dəniz səviyyəsindən 1400 m yüksəkdir.

Mağara və onun qarşısındakı dərələr və müxtəlif hündürlükdə təpələr ilə birlikdə 10×15 km-lik böyük Tuğ kəndi çökəkliyinə daxildir. Həmin çökəklikdə Quruçayın əmələ gətirdiyi antropogen dövrünə aid 10-a qədər çay terrasları qeydə alınmışdır.

10 qat təbəqəyə malik Azıxın qədim təbəqələrindən toplanmış materiallar kompleksi danılmaz yerli xüsusiyyətlərinə görə dünyanın digər yaşıd abidələrindən fərqləndiyinə görə tədqiqatçılar tərəfindən Quruçay mədəniyyəti adlandırılmışdır.

Azıx mağarasında belə bir mədəniyyətin izlərinə təsadüf etmək elmi cəhətdən ən böyük əhəmiyyət kəsb edir. Bu mədəniyyətin Azıxda varlığı bir daha göstərir ki, Azərbaycanda, o cümlədən bütün Zaqafqaziyada və Kiçik Asiyada insanın qədim homo sapiens—tipli əcdadları həyat sürə bilərdi.

Qədim Azıx sakinləri şell-aşel və aşelin birinci yarısında yaşadıqları coğrafi ərazinin təbii zənginliyinə çox yaxşı bələd olmuşlar.Buradan tapılmış xammalın tərkibinin müxtəlifliyi də buna canlı sübutdur. Biz bilirik ki, hər hansı bir istehsalın və onun texnikasınin inkişafı əsasən xammalın varlığından asılı ola bilərdi. Yüksək keyfiyyətə malik ola bilən xammal (daş materialı) Azıx mağarası yerləşdiyi coğrafi ərazidə kifayət qədərdir. .

Azıx(AZOĞ) mağarası düşərgələrindən külli miqdarda daş məmulatı və müxtəlif heyvanların daşlaşmış sümükləri tapılıb öyrənilmişdir. Qazıntılar zamanı aşel təbəqəsindən (1968-ci ildə V qatdan) ilk dəfə ən

qədim insanın — azıxantropun alt çənəsi tapılmışdır. Bu təbəqələrdə böyük ocaq yeri, içərisndə ayı kəllələri olan dini-sehirli xəlvətxana aşkar edilmişdir. Paleoantropoloji tapıntı nəinki Azərbaycanın, eləcə də bütün Zaqafqaziyanın aşel adamının fiziki quruluşunun müəyyənləşdirilməsində böyük rol oynayır.

Qiymətli paleolit abidələrindən birisi də Tağlar mağarasıdır. Mağara Azıxın (AZOĞ-un) yaxınlığındadır. burada ilk qazıntıya 1964-cü ildən başlanılmışdır. Tədqiqat zamanı üç mədəni təbəqə müəyyən edilmişdir. Həmin təbəqələrin ikisi mustye, üst təbəqə isə yuxarı paleolitin əvvəllərinə aid edilmişdir. Hər iki mağara düşərgəsi tarixi-xronoloji cəhətdən bir-birinin davamı olmaqla, həm də biri digərini tamamlayır.

Yazılı mənbələrdə İkiçayarasında möhkəmlənən kutilər barədə ilk məlumatlar e.ə. lll minilliyə, yəni 4,5-5 min öncəyə aiddir. Maraqlıdır ki, bu tarix “Oğuznamə”lərdə söylənilənlərlə üst-üstə düşür. “Hunların, türklərin, moğolların və daha sair qərbi tatarların ümumi tarixi” adlı çox maraqlı monoqrafiyanın müəllifi J.Dögin (1721-1800) yazır:

”Sonra (Oğuz xan) İraqı (İkiçayarasını)… fəth edərək Şam, yaxud Suriyaya qədər irəlilədi və orada uzun müddət oturdu… Oğuz xandan Çingiz xana qədər təqribən dörd min il keçdiyi hesab edilir. Buna görə, Oğuz xan e.ə. 2800 il yaşamış olacaqdır.” (Tahirzadə,1991, s. 63).

Oğuz xanın çox qədim zamanlarda yaşadığını söyləyən türkiyəli alim Besim Atalay onun təxminən 4590 il öncə yaşadığını bildirməkdədir. Ədalət Tahirzadə bununla əlaqədər yazır ki, Besim Atalayın bu sözləri 1920-ci ildə yazdığını nəzərə alsaq, Oğuz xanın tarixi e.ə. 2670-ci ilə düşür:

“Bu tarix J. Döginin göstərdiyindən cəmi 130 il azdır və Döginin yazdıqlarının gerçəkliyinə inamı bir daha artırır.” (Tahirzadə,1991, s. 64).

Kuti imperatorluğunun (e.ə 2200-e.ə 2109) paytaxtı olmuş bugünkü Kərkük şəhərinin tarixi bilinməyən dövrlərdən oğuz-türkmənlərlə məskun olması faktı da kutilərin qədim oğuzlar olduqları barədə söylənilən fikirlərə haqq qazandırmaqdadır. Hər halda, fakt budur ki, Kərkük oğuzlarının guya həmin əraziyə Səlcuqlar və ya Abbasilər dövründə gəldikləri, ondan öncə sözügedən ərazidə türklərin yaşamadığı barədə fikirlər özünü doğrultmur.

Maraqlıdır ki, Fəzlullah Rəşidəddin oğuzların İkiçayarasına hakim olmamışdan öncə Oğuz xanın Azərbaycandakı Aladağda iqamət etdiyini bildirir (Сеидов, 2005, c. 22-24). Burada Aladağ toponimi diqqəti çəkməyə bilmir. Məsələ burasındadır ki, sözügedən dövrlərə aid şumer-akkad mənbələrində Azərbaycan ərazisində mövcud olmuş Aratta ölkəsindən söz açılmaqdadır və mütəxəssislər həmin ölkənin adı ilə sözügedən dağın adı arasında bir bağlılıq görürlər. Məsələn, Yusif Yusifov yazır ki, “Aratta” kəlməsinin mənası dağ deməkdir. Eradan əvvəl Vlll əsrə aid şumer-akkad lüğətlərində həmin kəlmənin “arrattu” və “aratu”formalarına da rast gəlinir və mənasının dağ olduğu bildirilir.

Fikrimizcə, Rəşidəddin “Oğuznamə”sində Oğuz xanın Azərbaycandakı yurd yerinin Aladağ olması faktı təsadüfən qeyd ediməyib. Sözügedən “Oğuznamə”də oxuyuruq:

“Yay aylarında onlar (oğuzlar) bu vilayətlərin bütün yaylaqlarını Səbalan, Alataq və Ağdiberiyə qədər bütün dağlıq yerlərini ələ keçirdilər. Deyilənə görə Alataq adını və Səbalan adını da onlar vermişlər. Türk dilində “meydana gələn”, “dikələn” bir şeyə səbalan deyilir.” (Сеидов, 2005, c. 22).

Şumerlərdən dövrümüzədək ulaşan ən maraqlı sənədlərdən biri İkiçayarasında tufandan öncə və sonra hakimiyyətdə olmuş sülalələrin və onların hökmdarlarının adlarının və hakimiyyət illərinin qeyd edildiyi sənəddir ki, bu sənəddə kuti hökmdarlarının da adları və hakimiyyət illəri qeyd olunmuşdur. Kutilərin yerli şumer əhalisi tərəfindən özününkülər kimi qəbul edildiyinin anlaşıldığı bu sənəddə diqqəti çəkən ən önəmli məqam kuti hökmdarlarının hakimiyyət müddətlərinin öncəki sülalələrin hakimiyyət müddətlərindən fərqli olaraq, müəyyən nizama tabe olması və bir sistem təşkil etməsidir (Ağasıoğlu, 2005, s. 151).

Məşhur norveçli səyyah və alim Tur Heyerdal da Qobustandakı gəmi təsvirlərini tədqiq etdikdən sonra şumerlərin Messopatamiyaya buradan köçüb getdiklərini bildirir.

Qədim şumer yazılı abidələrindən belə məlum olur ki, Messopatamiyaya köçən və burada öz dövlətlərini quran şumerlərin ilk hakim sülaləsi Kiş sülaləsi, ilk şəhərləri də Kiş şəhəri olmuşdur. Buradakı “Kiş” adının Şəki rayonu ərazisindəki Kiş çayı və Kiş kəndinin adı ilə üst-üstə düşməsi heç də təsadüfi deyildir. Görünür, qədim

şumerlər Azərbaycandan İkiçayarasına köçərkən əski yurdlarının adlarını da özləri ilə aparmışlar. Məlumat üçün bildirək ki, eyni adlı çay Naxçıvanın Şərur rayonu ərazisində də vardır.

“Tövrat”da Nuh tufanından, Nuhun oğulları və onların soyları barədə məlumat verildikdən sonra tufandan sağ çıxmış insanların soylarından yaranan xalqın Şumer ölkəsinə köçməsindən də bəhs edilir. Köçənlərin Şərq ölkəsindən köçdükləri bildirilir:

“Yer üzündə bir dil və bir ləhcə var idi. Nuh övladları Şərqdən hərəkətə keçərək Şumer ölkəsində düzənlik bir yer tapdılar”(Библия, l. X. l).

Gördüyümüz kimi, Tövratda şumerlrin Şumer ölkəsinə Şərq ölkə-sindən gəldiyi bildirilir. Qədim və orta əsrlər yəhudi və xristian abidələrində, o cümlədən Musa Kağankatlının “Albaniya tarixi”kitabında “Şərq ölkəsi” deyilərkən şimali Azərbaycan ərazisi nəzərdə tutulur.

Musa Kağankatlı eyni zamanda Şəkidəki Kiş kəndinin Şərq ölkəsində olduğunu qeyd edərək yazır:

“Müqəddəs patrik Kişə gəlir,burada kilsə tikir və qansız qurban verir. Bu yer Şərqin bütün kilsə və şəhərlərinin başlanğıcıdır…”(Kalankaytuklu

1993, s.

Musa Kağankatlının qədim yəhudi və xristian mənbələrinə istinadən verdiyi bir məlumat da çox maraqlıdır. Onun yazdığından belə aydın olur ki, qədim Çol, yəni Dərbənd şəhəri də Şərq ölkəsinə daxil olmuşdur. Deməli, şumerlər İkicayarasına, başqa sözlə Messopatamiyaya Şərq ölkəsindəki, yəni Azərbaycandakı Kiş çayı hövzəsindən köçmüşdülər. Ermənilərin uydurduqlqrından fərqli olaraq avropalılardan da öncə ilk xristianlığı Azərbaycan türkləri qəbul etmişlər ki, bu da onların bir olan Allaha inamının olmasından irəli gəlirdi.

Görkəmli Azərbaycan tarixçisi Əbu Bəkr Tehraninin 1471-ci ildə qələmə aldığı «Kitabi-Diyarbəkriyyə»də Ağqoyunlular sülaləsindən böyük Azərbaycan imperatoru Uzun Həsəni 68-ci nəsildə Həzrət Adəmə bağlayır(Riyazi hesablamalarla bəlkə də bu inandırıcı görünmür, amma hər halda bizdən xeyli öncə yaşamış tarixçinin əlində ola bilsin müəyyən mənbələr olub). Uzun Həsən də Oğuzlardan (əslində OĞ AZ) olması mənim fikirlərimi təsdiqləyir. Əbu Bəkr Tehranini öz əsərində “Kitabi-Dədə Qorqud” personajlarını da real tarixi şəxsiyyətlər kimi təqdim

edilir. Məsələn, Azərbaycan hökmdarının 52-ci göbəkdən ulu babası adlandırılan Bayandır xandan söhbət açılır və aşağıdakı son dərəcə qiymətli məlumat verilir:

Bayandır xan padşahlığı dövründə İranı, Turanı, Rumu, Şamı, Misiri, Əfrənci (Avropanı), Xətayı, Qıpçaq çöllərini aldı. Beçenek onun kiçik qardaşı idi. Bayandır xan onu Sayramda öz nümayəndəsi təyin etdi. Özü qışlamağa Qarabağa, yaylamağa Göyçə gölünə getdi (Koroğlu, 1999, s. 66)…

«Bibliya»ya və digər tarixi mənbələrə əsaslanaraq ilk insanların vətənini Azərbaycanda axtarmaq lazımdır.

İlk öncə nəzərə alsaq ki, ulu əcadadlarımız Mesapatomiyadakı İkiçayarasına köçməzdən əvvəl, daha qədim tarixə malik İkiçayarası Araz və Kür çaylarının arasında təşəkkül tapmışlar. Bunu yuxarıda Quruçay mədəniyyətinin arxeoloji tədqiqatları təsdiq edir. Daha sonra Həmzə Vəlinin qədim Nüvədidən tapdığı daş yazılarla yanaşı Nüvədi kəndindəki toponimlər də onu təsdiqləyir.

«Əraf» surəsi

74. Xatırlayın ki, O, sizi Ad qövmündən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzənliklərində qəsrlər tikir, dağlarda evlər yonursunuz. Allahın nemətlərini yada salın, yer üzündə fəsad yayaraq pis işlər görməyin”.

«Əhqaf» surəsi

21, Ad (tayfasının) qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan (peyğəmbərlər) gəlib-getmiş qumsal təpələrdə (yaşayan) tayfasını: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi.

Quranın «Əraf» surəsindəki «Ad» qövmünü və «Əhqaf» surəsindəki Ad tayfasını ilahiyyatçıların eyniləşdirmələri doğrudur . Amma ki, hər iki ayəni müqayisə edərkən oradakı fikirlər, həm məna, həm də zaman baxımından ziddiyyət təşkil edir. «Əhqaf» surəsindəki «Ad» tayfası Hud peyğəmbərin(ə) dövrünə təsadüf edir.

Amma «Əraf» surəsindəki Ad qövmü isə hz. Adəm(ə) dövründən başlayaraq, yer üzünə səpələnən insanlardan bəhs edir. Belə ki, bu gün alimlər təsdiq edirlər ki, Yer kürəsi min illər öncə okeanlarla təcrid olunmamaşdır. Quru hissəsində olan dənizlər, göllər və çaylar əvvəllər də mövcud olmuşdur. Yalnız Nuh(ə) peyğəmbərin zamanındakı Böyük Tufan hadisəsi zamanı Yer kürəsinin səthində parçalanmalar nəticəsində okeanlar və dənizlər əmələ gəlmiş və böyük bir mədəniyyət sular altında qalmışdır. Bunu bu günkü materik və qitələrin qurqu sahələrini yaxınlaşdırarkən bir-birini tamamlaması, məhv olmuş Atlandida mədəniyyəti, Quruçay mədəniyyəti və soydaşımız , mərhum dilçi alim Əjdər Fərzəlinin araşdırıb, müəyyən müsbət nəticəlr əldə etsə də, hələ də araşdırılmasını gözləyən, Gəmiqaya-Qobustan mədəniyyəti sübut edir.

Əjdər Fərzəli uzun illər Gəmiqaya və Qobustan qayalarındakı Piktoqrafları, şəkilləri, heroqrifləri araşdıraraq sübut edir ki, ilk və ən qədim əlifbanı və rəqəmləri bizim əcdadlarımız yaratmışlar.




Din də, elm də o qənaətdədir ki, əvvəlllər insanlar eyni dildə danışırdılar. Bu dilin və xalqın mənşəyini düzgün araşdıran hələ ki. yoxdur. Amma mən iddia edirəm ki, bu xalq bizim ölkənin və qitənin adını daşıyan AZ xalqıdır. Belə ki, «Əraf» surəsinin 74-cü ayəsində adı çəkilən Ad qövmü Az qövmü (AZ nəsli) kimi oxunmalıdır. Belə ki, ərəb dilində yazılışı eyni olan həm «D» , həm də «Z» kimi səsləndirilən hərfdən istifadə edilib. Məsələn, ərəbcə «vəlazzalin» həm də «vəladdalin» və yaxud «Ramazan» həm də «Ramadan» kimi də oxunduğunu nəzərə alsaq, deməli «Ad» əslində «Az» kimi oxunmalıdır. Çünki tarixdə Ad qövmünün izləri demək olar yoxdur və onlardan sonra hansı xalqların yaranması sual altındadır. Amma Az qövmü kimi oxunduqda ayənin mənası tam aydın olur.

«Qaf»(Qafqaz dağının ərəbcə adı) surəsi

12. Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud (tayfası elçiləri) yalançı saydı.

Furqan surəsi

37. Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün sarsıdıcı bir əzab hazırlamışıq.

38.Biz, Adı(Azı), Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də (məhv etdik).

Burada adı çəkilən «rəss əhli» adlarını Araz çayına verərək, Nüvədi kəndindəki Qarqa(r) dağındakı daşlara həkk edərək bu günkü nəsillərə çatdıran ƏR AZ xalqının ərəbcə adıdır. İslam peyğəmbəri hz. Məhəmməd in (s) «elmin qapısı» adlandırdığı İmam hz. Əliyə (ə) rəss qövmü barədə soruşduqda, rəss qövmünün Ərrəs(Araz) çayının sahilində yaşayan, Nuh oğlu Yasəfin ölümündən sonra, sənubər ağacına ( bu ağac çox güman ki, nüvədililərin bu günə qədər inam gətirdikləri və daha çox dağdağan adlandırdıqları ağacdır) inam gətirərək batil inanca yönəldiklərindən, onlara Xənzərə ibn Səffan adlı peyğəmbər göndərilməsindən bəhs edir ki, Xənzərə peyğəmbərin adıyla həmahəng səslənən Nüvədi kəndindəki Xınzıra dərə adı da bu faktların doğruluğunu təsdiq edən məlumatlardır.

Bu məlumatlar yunan tarixçilərinin məlumatları ilə üst-üstə düşür. Belə ki, yunan tarixşisi Böyük Plini (I əsr, 23-79 illərdə yaşamışdır) yazırdı ki, «Azərlər Nuh oğlu Yasəfin nəslindəndir…» və yuxarıda qeyd etdiyimiz, Strabonun da «Araz çayı «Azar yanından axır… Araksena düzündən keçib, Kaspi dənizinə tökülür» (Strabon, XI, 14, 3) tarixi məlumatlarından görünür ki, Şimali Azərbaycanın İrəvan xanlığı və Zəngəzur mahalı da daxil olmaqla böyük hissəsi, qədim çağlarda Azar/Azər ölkəsi adlanmışdır və Arazboyu məntəqələrdə Azərlə yanaşı, Aza adı işlənsə də, zənnimcə «Aza» sözünün Azar/Azər sözüylə əlaqəsi olmayıb, həm qədim Manna şahlarından olmuş «Aza»nın, həm də Aran nəslindən olan Sakar hökmdarı «Azo»yla bağlı ola bilər. Nüvədi kəndindəki H.Vəlioğlu tərəfindən tapılıb araşdırılan Qarqardaşı abidəsindəki yazılar heç şübhəsiz elə bizim əcdadlarımız ARAZ/ ƏRAZ-lardan qalan yazılı abidədir. İstənilən halda bütövlükdə Avrasiya materikində xalqımızın soykökündəki AZ/AS komponomentiylə bağlı kifayət qədər toponim, hidronim və oronimlərin mövcudluğu azların vətəninin Azərbaycan olmasını təsdiqləyir.

Azərbaycan tarixçilərinin də məlumatları üst-üstə düşür.

Rəşidəddin “Oğuznamə”sində Oğuzun soyu da Nuh oğlu Yasəfə bağlanır. Eyni hal Azərbaycandan toplanmış miflərin birində də açıq şəkildə ifadə edilir. Prof. Füzuli Bayat yazır ki, Azərbaycandan toplanmış bir əfsanədə diqqət çəkən yön, Qorqudun atasının, Nuh peyğəmbərin oğlu Yasəfin oğlu Türk olduğu qeydinin tapılmasıdır. Alimin fikrincə, Qorqudun Nuhun nəvəsi olması, bu mifoloji tipi əcdad kultu ilə bağlayır (Bayat, 2003, s. 7.)

Prof. Füzuli Bayatın qədim Azərbaycan əfsanəsinə əsasən » Qorqudun atasının, Nuh peyğəmbərin oğlu Yasəfin oğlu Türk olduğu» qeyd edilsə də, Plininin «azərlər Nuh oğlu Yasəfin nəslindəndir» fikri başqa məna daşıyır. Yəni azərlər Yasəfin törəmələri olmayıb o nəsildən, Nuh peyğəmbərin özünün mənsub olduğu nəsildən mənasını daşıyır. Türklər isə Yasəfdən törəyənlərdir. Bir nəslin soyadı o nəslin əsasını qoyan zatın adından götürüldüyü üçün Türkdən törəyənlər türklər adını almışlar.

Bu da ƏR AZ xalqının öz yerini bu gün TÜRK adlanan soylara verdiyini göstərir. Bu gün Azərbaycan, Azər və Araz adlarının varlığı bizim yaddaşlarda qalan keçmişimizdir.

Həmzə Vəli «Nüvədi kitabələri» əsərində bizim kənddə Qarqa(r) dağından tapıb 5 il müddətinə oxuduğu daş kitabələrdəki yazılara əsasən bizim xalqın adının AZ olması, qədim AZ dilində adama AR/ƏR deyildiyinə görə, bu iki sözün birləşməsi AZ ADAMI, AZ İNSANI mənası daşıdığını təsdiqləyir. BAY—ZƏNGİN,CAN—VƏTƏN, YURD deməkdir. Yəni H. Vəliyə görə, “AZƏRBAYCAN sözünün mənası AZ ADAMININ ZƏNGİN VƏTƏNİ deməkdir”. Həmin daş yazıların ikinci sətrinin transkripsiyası H. Vəlidə belədir:

«En ƏR AZ. Eküç bək erinc Ər Az el». H. Vəlinin açılışında yazı:»Alisən (Ulusan) Ər Az. Bəy Ər Az elinin varlığı ilə öyündü» anlamındadır.

H.Vəlinin «Nüvədi kitabələri»ndəki həqiqətə aparan təhlilinin bir bölümünü olduğu kimi oxucuların nəzərinə çatdırmaq istəyirəm.

«»Oğuz» sözü Orxon-Yenisey abidələrində üç səslə—OĞZ kimi yazılır. Qədim türk dilində və Orxon-Yenisey abidələrində «z» səsi heç vaxt söz başında işlənmir, oxunmur. Sözün fonetik tərkibindən və semantik mənasından asılı olaraq «z» səsindən əvvəl a, e, ə səslərindən biri oxunur, tələffüz edilir. Odur ki, «Oğuz» sözü əslində «OĞ AZ» və ya «OK AZ»dır.»OĞ» ta qədimdən bu günə qədər nəsil, törəmə, mənsubluq bildirir.»Oğ» komponomentinin sonuna sözdüzəldici «lu» şəkilçisi artıranda «oğlu» alınır ki, bu da bir şəxsin törəməsi deməkdir.Ona görə də «OĞ UZ»/»OĞ AZ» Az nəsli, Az törəməsi deməkdir. Və ya «Oğuz» etnominini «OK AZ» kimi qəbul etsək o da AZ tayfası, AZ qəbiləsi deməkdir. Qədim dilimizdə «ok/ox» sözü tayfa, qəbilə mənasındadır. Beləliklə,»Kitabi-Dədə Qorqud»da «İç Oğuza Tış Oğuz asi oldu» ifadəsində adı çəkilən «İç Oğuz»lar—yerli «OĞ AZ»/»OK AZ»lar, «Tış Oğuz»lar isə, gəlmə «OĞ AZ/OK AZ»lardır ki, Orta Asiyadan Azərbaycana yürüş etmişlər.»

H.Vəli əsərində ulu babalarımızın yaşadıqları əraziyə, eyni kökdən olan soylarına xalqımızın adını verməklə (məs.ARAZ cayı, QAFQAZ dağı,QAZBƏY (KAZBEK) zirvəsi, AZIX (AZ OK/OĞ) mağarası, XAZAR / XƏZƏR və AZOV/AZOB dənizi, eləcə də eynisoylu tayfa və xalqların məs., OK/OĞ AZ(OĞUZ),QAQAUZ, QIRQIZ (Qırx-OK/OĞ/AZ), QAZ(OK/OĞ)AX, ÖZBƏK/ AZBAY və s.) həm böyük, həm qədim, həm də yazılı mədəniyyətə sahib olmaqla yanaşı, böyük coğrafi ərazidə də məskunlaşdığın-dan bəhs edir.Hətta onun fikrincə ASIYA/AZIYA/AZUYA (AZ-ların yurd-yuvası deməkdir) qitəsi də AZ-larla bağlıdır. Kitabda müəlif, böyük və ulu xalqımızın daş yazılı abidələr və toponimlər vasitəsilə tariximizi yaşadıb bizə çatdırmasından geniş bəhs edir. H.Vəli araşdırmalarında AZOV adının da AZ-ların yurdu, yuvası olduğunu yazır. Amma mən düşünürəm ki, su hövzəsinə yurd-yuva anlamı vermək absurd göründüyündən, ob/ab-su sözünün deyilişdən ov şəklinə düşüdüyünü qəbul etsək , AZOV/AZOB olub, AZ-ların suyu,dənizi anlamına daha yaxındır. (Nüvədi/Nuhvadi ləhcəsində «a» səsi sözdən asılı olaraq «o» kimi, məs., ab-ob, abır-obır, abigərdən-obıgardan, abı-rəng-obırəng, kimi tələffüz edilirdi,müəllif).Yeri gəlmişkən, Rusiyanın şərqində axan Ob çayı və Nüvədidəki «Sələnc (fikrimcə, sel ləng axdığına görə Selləng olmalıdır) çayı ilə Monqolustandakı Selenqa çayının həmahəng səslənməsi, ulularımızın oralara qədər gedib çıxmasına dəlil deyilmi»?

Amma Həmzə Vəlinin Qafqaz dağının ən düzgün etimoloji açıqlaması bir çox həqiqətlərin üstsünü açır. Belə ki, Həmzə Vəli ərəb mənbələrində QAFQAZ dağının adını «qabq» və ya «qabh» kimi yazdıqlarını, bu isə bizim «qapı» sözünün ərəb dilindəki səslənmə və yazılma şəklidir. bu bilgilərdən qaynaqlanan H. Vəli çox doğru olaraq, QAFQAZ adının əslində QAPI AZ/AZ QAPISI anlamı daşıdığını qeyd etmişdir.

H. Vəlinin yuxarıdakı açıqlamasına əsasən, mən əminliklə deyə bilərəm ki, bu ölkənin yerli əhalisi və bizim ayrılmaz hissəmiz olan talışların adı əslində TAL AS/ TAL AZ dağlarının adından götürülüb və onun düzgün mənası Aandolu türklərində eynilə «tal», bizdə isə «dal»/»arxa» anlamı daşıyır ki, QAFQAZ/AZ QAPI və TAL/DAL AS/AZ sözləri AZ xalqının məskunlaşdığı ilk ərazini ehtiva edir. Qurani-Kərim»in «Əl-Qəmər»(Ay) surəsində deyilir: (Ayə15).And olsun ki, biz tufan hadisəsini, Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə ibrət üçün saxladıq. Amma heç ibrət alan(öyüd-nəsihət qəbul edən) varmı?»

Sonuncu ayədəki sözlərə diqqət edin və dərindən düşünün! Bu hadisənin Nuh(ə) əyyamından bu günə qədər qorunub saxlanması Allahdan üz döndərmiş adamların istəyilə baş verə bilməzdi. Min illər ərzində bu torpağa nə qədər yadelli işğalçılar gəlib-getsə də, bu adları yox etməyə gücü çatmayıb! Çünki, Allahın istəyi qarşısında bəndə acizdir!

Nüvədi(Nuhvadi) kəndi ötən əsrdə və bundan təxminən iki əsr əvvəl



Fransız mənşəəli İsveçrə rəssamı, səyyah, arxeoloq, etnoqraf və naturalisti Dyübua de Monperenin çəkdiyi “Naxçıvanda Nuhn qəbri” əsəri. 1839. Bu şəkli ilk dəfə ABŞ-da yaşayan nüvədili doktor Tariyel Azərtürk aşkarlamış və paylaşmışdır. Müəllif bizə məlum olmayan səbəbdən Nüvədi kəndini Alagöz vadisində qeyd edir.

Sovet dönəmində Gəmidüzündə Nüvədidən keçən dəmiryolu stansiyası



Gəmidüzünün bu günkü görünüşü
Zəngəzur mahalındakı Nüvədi-Nuhvadi, Gəmidüzü, Peyğəmbərizi, Miyambutun/Mi-Yambatan(Nuh peyğəmbərin iman gətirməyib, xilas üçün yüksəkliyə qaçsa da, suda batan oğlunun adı Yamdır), Naxçıvan-Nuhçivan, Nuhəcr, Nuhdaban, Nehrəm-Nuhram, Gəmiqaya, adlarının Nuh(ə) əyyamından bu günə qədər yazılı və şifahi dildə qalması möcüzə deyil, bir olan Allahın istəyidir!

Bu ayənin «Ay» surəsində verilməsi türklərin rəmzlərindən olan aya işarə deyilmi?

«Qurani-Kərim»in «Əl-Hədid» («Dəmir») surəsinin 26-cı ayəsində Allah buyurur: «And olsun ki, biz Nuhu və İbrahimi peyğəmbər göndərdik. Peyğəmbərliyi və kitabı— Zaburu, Tövratı, İncili və Quranı onların nəslinə verdik. Onlardan doğru yolda olanı da vardır, amma çoxu Allahdan üz döndərmiş fasiqlərdir».

Bizim əcdadlarımıza dəfələrlə peyğəmbər göndərilib—hz. Nuhdan(ə) hz. Süleymana(ə) qədər. Amma insanların əksəriyyəti qəbul etməyib, edənlərin də bir hissəsi sonra yenə haqq yoldan üz döndəriblər. Bu üzdən Nuh(ə) peyğəmbərin dövründə itaətsizlikdən dolayı Böyük Tufan hadisəsi baş verib və onun izləri Nüvədi və Naxçıvanda qalır.

Bu deyilənlərə tarixi məlumatlarla aydınlıq gətirək. Görkəmli türkoloq-tarixçi Firudin Cəlilovun Az boyu haqqında yazdıqlarına nəzər salaq.

Azərbaycan ölkə adının kökündəki azər boyadının yaranmasında əsas özək olan az boyu türk etnosu içində çoxsaylı soylardan biri idi. Aziya//Asiya adındakı paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır. Belə yayılmanın səbəbi az//as boylarının vaxtilə qədim Azərbaycandan batı, quzey və doğu ölkələrə olan köçü ilə bağlıdır. Üç-dörd min ildir ki, bu boylar tarixi mənbələrdə xatırlanır, lakin onların etnik mənsubiyəti barədə elmi ədəbiyatda hələ də tutarlı son söz deyilməmişdir, halbuki az//as haqqındakı bəlgələr böyük bir monoqrafiya üçün kifayət qədər məlumat verir. Görünür, başqa millətlərin alimləri üçün o qədər də əhəmiyət kəsb etməyən bu problemin çözülməsi üçün xalqımızın və ölkəmizin adının yaranmasında mühüm yer tutan bu boyların tarixini özümüz öyrənməliyik. Bəllidir ki, hər hansı bir boyun adı onun daxil olduğu xalqın içində uzun müddət soyadı (etnonim) kimi yaşayır. Bu baxımdan, özbək, altay, qaraqalpaq və sair türk xalqlarının tərkibində uruq, soy, boy adı kimi işlənən az//as etnoniminə (4, 11, 19-20; 14, 240-247) və Göy-Türk yazılarında az budun (az xalqı) və az-kişi (az adamı) adına, Kuban epiqrafiyasında eren az ayırıltım (az ərənlərindən ayrıldım) ifadəsinə rast gəlmək olur. Müxtəlif türk xalqlarının boy-soy (tayfa-nəsil) bölgüsü kimi diqqəti çəkən və tərkibində az//as komponentini yaşadan etnonimlər böyük maraq kəsb edir.

Məsələn, başqort-katay boyundakı as, assı soyları, balkarların as adlanması, özbəklərin 32 əsas boyu sırasında A.Vamberinin as boyunu qeyd etməsi (3, 302), qırğızlarda azıq boyu, nəhayət, qədim Azərbaycan əhalisinin az adlanan bir qisminin sonralar azər boyu kimi tanınması azların türklüyünə şübhə yeri qoymur. Lakin az boyunun geniş coğrafi ərazilərdə görünməsi onların etnik mənşəyi haqqında bəzi tədqiqatçıların yanlış fikir söyləməsinə səbəb olmuşdur. Belə ki, V.V.Bartold türkeşləri az və tuxsi boylarının birləşməsi hesab etmiş (1, 585), Külteqin abidəsindəki azları (az budun) isə Yenisey ostyaklarıilə eyniləşdirmişdir (1, 43). Z.V.Toğan bir yerdə asları saqaların tərkibində türk boyu kimi verirsə də (2, 39), digər yerdə onları qədimdən türklərə qarışmış bir iran qövmü, yaxud saqa və hunların içində əriyən bir irani tayfa adlandırır (2, 53, 422). Az//as boylarını hay-erməni (Qr.Kapansyan, S.Petrosyan), osetin (V.İ.Abayev) və digər xalqlarla eyniləşdirənlər də vardır. Halbuki, bir-iki söz oxşarlığına əsaslanıb, belə ciddi elmi fikir söyləmək doğru deyil. Əgəroxşarlıq varsa, ən azı bu oxşarlıq həmin xalqın dilində və onomastikasında da sistem təşkil etməlidir. Göründüyü kimi, az//as boyu təkcə azər türklərinin deyil, bir sıra digər türk boyları sistemində də mühüm yer tutur. Bundan başqa, soyadı qədim türk antroponimikasının xüsusiyəti kimi şəxs adlarına da qoşulur, onun hansı soydan olduğunu bildirir.

Bəzi tarixi mənbələrdə az//as etnonimi yaz//haz formaları ilə də işlənmişdir. Həmin formaları y, h səsartımı kimi düşünmək olardı, lakin bu etnonimin k, x ilə işlənən (kaz, kas, xaz) formaları da var. Məsələn, Azaq dənizi az boyadını əks etdirdiyi kimi, Orxon çayının quzey-batısında Kasoqol (Kas gölü) və Xəzər dənizinin adı da Kas//Xəz-ər boylarının adını bildirir. Bu halda nə səsartımından, nə də səsdüşümündən söhbət gedə bilməz. Burada bütün mövcud formaların yaranmasını izah edə biləcək yozuma yalnız larinqal nəzəriyə kömək edə bilər. Yəni proto-türk dialektləri formalaşan çağlarda as soyadında boğaz tutulması ilə tələffüz olunan larinqal ’a saitinin tutulma hissəsi bir dialektdə təmizlənmiş, digər dialektdə k, x, h samitinə çevrilmişdir (11, 122-124): Qədim Azərbaycanda formalaşan az boyları Kür-Araz mədəniyətindən sonrakı çağlarda qəribə tale yaşamışlar. Onların bir qismi Azərbaycan – Kiçik Asiya – Avropa boyunca İslandiyaya qədər gedib çıxmış, digər qismi Quzey Qafqaz və Türküstana köç etmişdir. Ata yurdda qalanlar isə Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişlər. Quzey Qafqaz və Orta Asiyada az boylarının qoyduğu izlərə yuxarıda toxunduq, bir neçə söz də Ata yurdda qalan və Avropaya gedən as//az boyları haqqında deyək. Urartu çarı I Arqiştinin vaxtında (m.ö.VIII əsr) urartular Van gölü hövzəsindən çıxıb Arazı keçirlər və Aza ölkəsini (İrəvan çuxurunu) zəbt edirlər. Əvvəllər urartu yazılarında «düşmən ölkə» kimi verilən Aza ölkəsini tutandan sonra I Arqişti Araz çayının sol sahilində, indiki Sərdarabad (Armavir) kəndi ərazisində Arqiştixinili qalasını tikir, Aza ölkəsinə kanallar çəkir (13, 32-33). Mütəxəsislər Aza adının Urartu

yazısında etno-toponim olduğunu qeyd edirlər (22, 303-304). Aza ölkəsinin batı sınırına aid bir məntəqənin də adı romalıların yol xəritəsində ’Aza şəklində yazılmışdır ki, bunu da Aza və Haza şəklində oxumaq olar (21, 45). Lakin Strabonun vaxtında Aza ölkəsi artıq Azar (Azər) formasını almışdı. O yazır ki, Araz çayı «Azar yanından axır… Araksena düzündən keçib, Kaspi dənizinə tökülür» (Strabon, XI, 14, 3). Bu tarixi məlumatlardan görünür ki, qərbi Azərbaycanın İrəvan bölgəsi qədim çağlarda Azər ölkəsi adlanmışdır və Arazboyu məntəqələrdə Azərlə yanaşı, daha qədim Aza forması da işlək olmuşdur. Naxçıvanda bu gün də Yuxarı Aza adlı kənd vardır.

İslandiyaya qədər gedib çıxan as boyları haqqında da maraqlı tarixi məlumatlar vardır. Bir məqalə tutumunda bütün mənbələrə toxunmaq mümkün deyil, belə mənbələrdən yalnız birinə, elə islandların öz yazılı abidəsi olan «Kiçik Edda» əsərinə baxaq. İslandiyada Snorri Sturlusonun 1222-1225-ci illər arasında qədim saqalardan istifadə edərək qələmə aldığı bu əsərdə göstərilir ki, as boyu Troya (Tur-ova) şəhərindən çıxıb Avropanın quzeyindəki Saks ölkəsinə gəlir, sonra yerli əhali ilə qaynayıb-qarışan aslar çoxalaraq, daha quzey bölgələrə, indiki İsveç və Norveç ərazilərinə yayılırlar. Onların İslandiyaya VIII-IX əsrlərdə getməsi isə bizə Avropa tarixindən bəllidir. Yəni aslar Troyadan çıxandan min il sonra onların Quzey Avropadakı törəmələri İslandiyaya getmişlər. Qayıdaq Eddaya. Müəllif yazır ki, yerli əhali indiyədək gördüyü insanlara bənzəməyən Asiyadan gəlmiş bu gözəl görkəmli qərib asları maraqla qarşıladı, onlara ərazi verdi. As gəncləri yerli qızlarla evləndi, asların sayı get-gedə artdı. S.Sturluson qeyd edir ki, o dövrdən çox zaman keçsə də, hələ də yazılı qaynaqlar asların Asiyadan gətirdiyi adları saxlayır. Yeri gəlmişkən, belə adlardan bir neçəsini burada xatırladım:

Yer adı: Asqard (As məskəni, As kəndi) Çay adları: Göl, Orun, Qöpül, Qömül, Eykin Şəxs adları: Anar, Torkel (Türkel), Atlı, Qamlı, Yekul, Eqil, Erp, Eyrik, Qanqleri, Buri (Börü?), Qunn, Qunlauq, Eynar, Elli, Aslauq, Asdis və s. Həmin abidədə belə ifadə və cümlələr də var: «Troya türk ölkəsidir» (25, 10); «türklərin ölkəsini tərk edib» (25, 11); Avropaya gələn aslar buraya türk adət-ənənəsigətirdi və «burada türklərin vərdiş etdiyi qanunlar tətbiq olundu» (25, 12).

Göründüyü kimi, təkcə bir İsland abidəsi 3 min il əvvəl qədim Azərbaycandan Troyaya, oradan da Avropaya gedən və özü ilə türk adlarını, türk törələrini (qanunlarını) aparan as boyu haqqında nə qədər fakt verir. Ona görə də, öz ulu babalarının izini Qobustan qayalarında axtaran məşhur norveç alimi Tur Heyerdala baxanda, azər türklərinin kökünü Monqolustan çöllərində axtaran tarixçilərimizi və türkoloqlarımızı anlamaq olmur. Böyük köçlərin iştirakçısı olan as boyları Batıda german tayfaları içində əriyib türk dilini itirmişdir, Doğuda iran, Quzeydə fin-uqor və qafqaz tayfaları ilə qaynayıb-qarışsa da, türk dilini saxlaya bilmişdir, lakin belə qarışmalar as boyları haqqında yarımçıq məlumatı olan bəzi alimlərin yanlış fikir söyləməsinə də səbəb olmuşdur. Beləliklə, zaman-zaman bütöv Avrasiyaya yayılan türk etnosunun içində həmişəyaşarlığı ilə seçilən, Azıx mağarasından tutmuş quzey, güney, batı Azərbaycan bölgələrində və Azov (Azaq) dənizinə qədər müxtəlif ölkələrdə izini qoyan qədim az boyunun tarixi olduqca maraqlı səhifələrlə doludur. Bunlara Amerika qitəsində yaşamış Astekləri də əlavə etsək o zaman Azların yer üzünə səpələnərək müxtəlif xalqların yaranmasındakı tarixi rolu üzə çıxır. Asteklərin işlətdikləri sözlərin bizim sözlərlə qohumluğu bunu deməyə əsas verir.

Digər xəbərlər
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı
10:38 COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
10:33 Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
10:29 Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
09:22 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR