hemle

Pensiya artımları belə hesablanacaq

Tarix:6-02-2025, 10:56
Baxış Sayı:556

“Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bütün pensiyalar indeksləşdirilərək artırılıb. Qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur”.

Bunu millət vəkili Vüqar Bayramov sosial media hesabında paylaşıb.

O qeyd edib ki, bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır:

“Artımın hesablanması formulası belədir: Pensiya məbləği X indeksasiya faizi = artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaşımız üçün artım faizi belə hesablanacaq: 550 manat X 8.1% = 44.55. Yəni, vətəndaşımızın pensiya məbləği artımdan sonra 594.55 manat olacaq. Və ya, 400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat X 8.1 % = 32.4 manat. Bu halda yeni pensiya məbləği 432.4 manat olacaq. Yəni, məbləğindən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq.

Qeyd edək ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq”.

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu