hemle

Süni intellekt dərman hazırlayacaq

Tarix:3-02-2025, 21:50
Baxış Sayı:502




"Google" ilə birlikdə "Alphabet" holdinqinin tərkibinə daxil olan "Isomorphic Labs" şirkəti süni zəkanın tətbiqi ilə yaradılmış dərmanların klinik sınaqlarına başlamağa hazırlaşır.

Şirkətin rəhbəri Demis Hassabisin sözlərinə əsasən, ilk sınaqların cari ilin sonuna qədər keçirilməsi planlaşdırılır. Bir dərmanın hazırlanması, adətən, 5 ildən 10 ilə qədər vaxt tələb edir. Hassabisin sözlərinə əsasən, süni zəkanın istifadəsi bu müddəti 10 dəfə azalda bilər ki, bu da səhiyyə sahəsində inqilabi dəyişiklik olacaq. 2021-ci ildə təsis edilmiş "Isomorphic Labs" şirkəti artıq dərman hazırlama prosesini sürətləndirmək məqsədilə Eli Lilli və Novartis kimi əczaçılıq nəhəngləri ilə əməkdaşlıq edir. Şirkətin əsas tədqiqat sahələri arasında onkologiya, ürək-damar xəstəlikləri və neyrodegenerativ pozuntular yer alır.

Süni zəkadan istifadə etməklə "Isomorphic Labs" təkcə dərmanların hazırlanma prosesini sürətləndirmək deyil, həm də yeni preparatların yaradılması ilə bağlı xərcləri azaltmaq niyyətindədir. Gözlənilir ki, şirkətin ilk dərmanları 2025-ci ilin sonuna qədər klinik sınaq mərhələsinə daxil olacaq. Əgər onlar uğurlu olarsa, bu, əczaçılıq sənayesində mühüm dəyişikliklərə və qlobal səhiyyənin yaxşılaşmasına səbəb ola bilər.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları