hemle

Bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik

Tarix:4-02-2025, 21:32
Baxış Sayı:470



Yanvarın 31-də Özbəkistanın Miqrasiya və Vətəndaşlığın Qeydiyyatı Baş İdarəsi ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndələri şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması məsələlərini müzakirə etmək üçün onlayn görüş keçirib.

Görüş zamanı bildirilib ki, vətəndaşların gediş-gəlişini sadələşdirəcək və miqrasiya siyasəti sahəsində əməkdaşlığı genişləndirəcək.

"Səyahət rahatlığı biometrik şəxsiyyət vəsiqələrinin istifadəsi ilə artırılaraq, hər iki ölkə vətəndaşlarının xarici pasport almadan sərhədi keçməsinə imkan yaradacaq", - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələrinin şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınmasını təklif etmişdi.

Əlavə edək ki, sözügedən sistem artıq Qırğızıstanla Özbəkistan arasında mövcuddur. 2023-cü il sentyabrın 1-dən iki ölkə vətəndaşları iki dövlətin ərazisinə giriş, çıxış, səyahət və qalmaq üçün şəxsiyyət vəsiqələrindən istifadə edə bilərlər.

Xatırladaq ki, Azərbaycan-Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında sənəd 1 aprel 2021-ci ildən qüvvədədir. Həmin tarixdən etibarən iki hər iki ölkənin vətəndaşları şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə bilirlər.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...