hemle

"Telegram"da istifadəçilər və kanallar üçün yeni möhtəşəm FUNKSİYALAR

Tarix:29-01-2025, 09:40
Baxış Sayı:440

"Telegram" mesenceri öz istifadəçilərini yeni funksiyaları ilə sevindirməyə davam edir. Bu dəfə tərtibatçılar hədiyyələrin funksionallığını əhəmiyyətli dərəcədə genişləndirərək onları daha maraqlı və çoxfunksiyalı ediblər. Belə ki, artıq hədiyyələri status kimi təyin etmək, hərracda satmaq, blokçeynə göndərmək və kanallara hədiyyə etmək mümkündür.

Bu barədə şirkətdən xəbər verilib.

Bildirilir ki, kolleksiya hədiyyələrini unikal emoji-statuslar kimi istifadə etmək mümkün olacaq, hədiyyənin naxışı və fonu istifadəçi profilinin dizaynını yeniləyəcək, hədiyyənin özü isə parlaq ulduzlarla işıqlanacaq.

Bundan başqa, artıq hədiyyəni təkcə istifadəçilərə deyil, kanallara da göndərmək olar. Həmçinin ulduzlar müqabilində hədiyyəni təkmilləşdirmək olar ki, alıcı onu kolleksiya əşyasına çevirə bilsin.

Qeyd edilir ki, hədiyyələri TON blokçeyninə göndərmək, vəsait toplamaq məqsədilə hərracda satmaq da mümkün olacaq.

Kolleksiya hədiyyəsinin alınması haqqında "Hekayələr"də paylaşım etmək də olar. Kanalların profillərinə isə abunəçilərin verdikləri bütün hədiyyələri görməyi mümkün edən ayrıca "Hədiyyələr" bölməsi əlavə edilib.

Digər xəbərlər
18:24 “Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN
18:22 Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir
18:19 Gözdən yayınmış rəng: Alimlər görün nə kəşf etdi
18:14 Həkimlər xəbərdarlıq etdi: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı