hemle

Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar AÇIQLANDI

Tarix:28-01-2025, 21:32
Baxış Sayı:501

"10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcək".

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

Onun sözlərinə görə, metronun inkişaf ssenariləri təhlil olunub və ən optimal ssenari simulyasiya edilərək seçilib:

"10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcəkdir. Bu 10 stansiya "Bənövşəyi xətt"in Babək prospektinə qədər və "Yaşıl xətt"in isə metronun "Həzi Aslanov" stansiyasına qədər uzadılmasıdır. Qeyd etmək istərdim ki, "Bənövşəyi xətt"in uzadılması, eyni zamanda, metronun "Avtovağzal" və "Xocasən" stansiyalarının istifadəsini genişləndirəcək və bir daha "20 Yanvar" stansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır.

"Həzi Aslanov"dan "Yaşıl xətt"in uzanması isə gündəlik əsasda şəhərin mərkəzindən istifadə etməklə Xocasəndə yerləşən ticarət mərkəzinə gedib-gələn minlərlə vətəndaşa xidmət edəcəkdir. Bu da bir daha şəhər mərkəzinin trafikinin azalmasına səbəb olacaqdır. Bu layihələrin icrası nəticəsində il ərzində metro ilə daha 88 milyon sərnişin daşınması mümkün olacaqdır. Metro şəhər daxilində olan daşımaları həyata keçirəcəkdir".

Digər xəbərlər
22:05 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır
22:02 Alimlər: Beyin iltihabı ilə xroniki yorğunluq bir-biri ilə əlaqəlidir
21:58 WhatsApp may ayından bu "iPhone"larda işləməyəcək
21:55 Seçkilərlə bağlı "qaynar xətt"ə 35-ə yaxın müraciət daxil olub
21:53 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı
19:49 Siyahı dərc olundu: Minlərlə azərbaycanlı və erməni bu ölkədən deportasiya olunur
19:39 Səsvermə başa çatdı - FOTO
19:26 ABŞ-də epidemiya: Ölənlər var