hemle

Sakinlərin NƏZƏRİNƏ: Bu gün bəzi ərazilərdə İŞIQ OLMAYACAQ

Tarix:24-01-2025, 09:38
Baxış Sayı:492

Yardımlı və Bakının Suraxanı rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Yardımlı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən və yeni tikilən 35/10 kV-luq "Sırıq" yarımstansiyasının sxemə qoşulması, həmçinin 35 kV-luq hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar yanvarın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 12:00-dan saat 14:00-dək şəhərin bir sıra mərkəzi küçələrində, eləcə də Allar, Bürzünbül, Çay Üzü, Dağ Üzü, Daşkənd, Köryədi, Kürəkçi, Sırıq, Vəlixanlı, Vərgədüz kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Həmçinin, Bakının Yeni Ramana qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisinə daxil olan Yeni Ramana qəsəbəsində 6 kV-luq hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 09:30-dan saat 13:00-dək qəsəbənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Digər xəbərlər
11:45 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:24 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
09:44 Dəmir yolunda qatarlar buna görə gecikir - Səbəbi AÇIQLANDI
09:40 Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"