hemle

Bu gecə ilə bağlı XƏBƏRDARLIQ: altı planet...

Tarix:20-01-2025, 21:09
Baxış Sayı:556

Bu gecə "planetlərin paradı"nı müşahidə etmək üçün ən yaxşı vaxtdır. Belə ki, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun eyni zamanda görünmə zonasında olacaqlar.

Venera, Mars, Yupiter və Saturnu adi gözlə, Uran və Neptunu isə binokl və ya teleskopla görmək mümkün olacaq. "Planetlərin paradı" 21 yanvardan 25 yanvara qədər davam edəcək.

Venera və Saturn səma qübbəsinin cənub-qərbində, Yupiter cənubda, Mars isə cənub-şərq və ya şərqdə görünür. Bu planetlər digər ulduzlardan daha parlaq olacaq, Mars qırmızımtıl-narıncı nöqtə kimi görünəcək.

Yeri gəlmişkən, fevralın sonunda "parad"a Merkuri də qoşulacaq. Beləliklə, Günəş sisteminin bütün planetlərini görmək mümkün olacaq.

Qeyd edək ki, "kiçik parad" səmada dördə qədər planetin bir-birinə yaxın toplaşmasıdır və bu, kifayət qədər geniş yayılmış hadisədir. "Böyük parad" - beşdən artıq planetin bir yerdə görünməsi isə nadir hallarda baş verir.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR