hemle

Delimitasiya hansı xəritə ilə aparılacaq?

Tarix:18-01-2025, 09:59
Baxış Sayı:447

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə Dövlət Komissiyalarının növbəti görüşü keçirilib. Komissiyanın qərarına əsasən, hansı xəritələrə və yanaşmalara üstünlük veriləcəyi görüşlərin nəticəsində müəyyənləşəcək. Mübahisəli ərazilər üzrə isə əlavə müzakirələr və yanaşmalar tətbiq olunacaq.

Bunu hərbi ekspert Elxan Şıxəliyev delimitasiya və demarkasiyası üzrə Dövlət Komissiyalarının növbəti görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, sonuncu görüş Azərbaycan anklavlarının qaytarılacağına dair müzakirələrə də meydan açıb:

"Bu proses çərçivəsində Azərbaycanın anklavlarının qaytarılması məsələsi də gündəmdədir və demarkasiya və delimitasiyanın tərkib hissəsi kimi müzakirə olunur. Hər iki tərəfin mövqeyi əsasən sahədə, yəni sərhəd bölgələrində araşdırılır. Elə istiqamətlər mövcuddur ki, orada sərhədlərin müəyyən edilməsi ya gecikdirilə, ya da müəyyən bir müddət sonra həyata keçirilə bilər.

Ermənistanın sülh sazişi ilə bağlı yanaşması, fərqli xarici güclərin regiona və sərhədə toplaşması üzərindən məsələlərə təsiri birmənalı fikir yürütməyi çətinləşdirir. Buna görə də yaxın zamanlarda tam razılaşma əldə ediləcəyini gözləmək mümkün deyil. Məsələ ilə bağlı mübahisəli məqamlar mövcuddur. Tərəflər arasında aparılan danışıqların nəticələri zamanla daha aydın şəkildə ortaya çıxacaq".

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ