hemle

İran işğalçı Ermənistanla ticarət əlaqələrini daha da genişləndirir

Tarix:1-06-2020, 01:16
Baxış Sayı:517

İran işğalçı Ermənistan rejimi ilə son günlər iqtisadi əlaqələrini genişləndirmək istiqamətində bir sıra addımlar atıb.

Bu sahədə İranın Sənaye, Mədən və Ticarət nazirinin müavini və Ticari İnkişaf Təşkilatının rəhbəri Həmid Zadbumla Ermənistanın İqtisadiyyat nazirinin müavini Avaq Avanesiyan və bu ölkənin Tehrandakı səfiri Artaşes Tumanyan arasında video konfrans formatında danışıqlar baş tutub.

Tərəflər görüşdə ikitərəfli ticari əlaqələrin, habelə gömrük sahəsində və regional məsələlərdə əməkdaşlıqların artırılması ilə yanaşı, İranla Ermənistan arasında sənaye, mədən və ticarət sahələrində xüsusi işçi qrupunun yaradılması və məhsul qarşılığında məhsul mexanizminə əsaslanan barter üsulunun tətbiq edilməsi xüsusunda razılığa gəliblər.Həmid Zadbum görüşdə qeyd edib ki, ölkəsi 2020-ci ilin sonlarından Avroasiya İqtisadi Birliyi ilə azad ticarət sahəsində müzakirələrə başlayacaq və razılaşma əldə edildiyi təqdirdə, Ermənistan İranın bu birliklə quru yoldan yeganə əlaqəsi olaraq böyük mənfəət əldə edəcək.İki ölkə rəsmiləri İranla Ermənistan arasında yük maşınlarının hərəkətinin intensivliyi, gələcək həftələrdə keçiriləcək video konfranslara Ermənistanın İqtisadiyyat və İnfrastrukturlar Nazirliklərinin rəsmilərinin də qatılması, iki ölkənin ehtiyac duyduqları əmtəələri barter üsulu ilə bir-birinə satmaları və digər bu kimi məsələləri də müzakirə ediblər.Digər tərəfdən, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan yaxın günlərdə İranla ölkəsi arasında 3-cü elektrik nəqli xəttinin tikintisinin başlayacağını bəyan edib. Onun sözlərinə görə, gələn 2 həftə ərzində xəttin inşası üçün İrandan Ermənistana 6 nəfərdən ibarət mütəxəssislər heyəti gələcək:”Bu xəttin tikintisinin 2020-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır. Bununla da, İranın Ermənistana qaz ixracatı ölkəmizdən elektrik alışı qarşılığında daha da yüksələcək. Hər iki ölkə bütün sahələrdə, xüsusilə də enerji sektorunda əlaqələrin inkişafı üçün qətiyyətli iradəyə sahibdir və bütün zəruri addımları atır”, – deyə Suren Papikyan əlavə edib.O, sonda ölkəsinin İranla Avroasiya İqtisadi Birliyi arasında körpü rolu oynamaqdan böyük gəlir əldə edəcəyini vurğulayıb.Qeyd etmək lazımdır ki, rəsmi Tehran İrəvan üçün nəfəslik rolunu oynayır. Azərbaycan ərazilərini işğalda saxladığı üçün iqtisadi blokadaya salınan Ermənistana və Dağlıq Qarabağda qurulmuş qondarma rejimə İran daim hər cür dəstək göstərir. Hansı ki, bu addım tez-tez rəsmi Bakının narazılığı ilə müşayiət olunur.
Gunaz.tv

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ