hemle

Azərbaycan Afrikada saxlanılan gəmilərlə bağlı NOTA VERDİ

Tarix:Dünən, 14:52
Baxış Sayı:558

"7 noyabr 2024-cü il tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib".

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə açıqlama verib.

Onun sözlərinə görə, keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb:

"Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşıdır.

Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb.

Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.

Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir".

Digər xəbərlər
10:08 Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Erməni deputat detalları açdı
22:48 Gürcüstanda matəm elan olundu
22:45 Boşanmaq istəyənlər bunları bilməlidir - Azərbaycanda YENİ QAYDALAR
21:43 Zəngəzur dəhlizi üçün 2025-ci il niyə önəmlidir? - Əliyevin mesajının şifrələri
15:01 Onların kredit borcları silindi
14:58 Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur?
14:55 Şəkərsiz adı ilə aldığımız məhsullar zəhər saçırmış
14:52 Azərbaycan Afrikada saxlanılan gəmilərlə bağlı NOTA VERDİ