hemle

Azərbaycanlı iş adamı Dubay aeroportunda saxlanılıb? - Yenilənib

Tarix:17-02-2023, 18:58
Baxış Sayı:110

Ötən gün Azərbaycan vətəndaşı, biznesmen Xəyyam Səfərli Dubay hava limanında saxlanılıb.

hemlemedia.az “Haqqin.az”a istinadən xəbər verir ki, iş adamı saxlanılmazdan bir qədər sonra məsələ ilə bağlı öz instaqram hesabında paylaşım edib.

Məlumata görə, X.Səfərli hər hansı səbəb olmadan saxlanılıb, onun iş vizası isə ləğv olunub.

Sayt yazır ki, Birləşmiş Ərəb Əmirliklərində yüzlərlə digər Azərbaycan vətəndaşına qarşı da oxşar addımlar atılır. Azərbaycanın BƏƏ-dəki səfirliyindən sayta verilən məlumata görə, diplomatik nümayəndəlik Xəyyam Səfərli ilə bağlı yaranmış insidentlə əlaqədar BƏƏ-nin Xarici İşlər Nazirliyinə nota göndərib.

***

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır, ictimaiyyətə məlumat veriləcək.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı