hemle

Səhiyyə Nazirliyindən bu şəxslərə ÇAĞIRIŞ

Tarix:Dünən, 21:06
Baxış Sayı:510

Risk qrupuna daxil olan şəxslərdə qripəbənzər əlamətlər varsa, xəstələndiyi ilk gündən həkimə müraciət etməlidirlər ki, xəstəlikdə fəsad yaranarsa, vaxtında aşkar olunsun və adekvat tədbirlər görülsün.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, insan metapnevmovirusu yeni virus deyil. Bu virus illərdir ki, mövcuddur. Sadəcə olaraq soyuqla əlaqədar müxtəlif ölkələrdə vaxtaşırı olaraq müxtəlif səviyyəli xəstəliklər törədə bilər:

"Bu virus kəskin reseptor virus infeksiyalarından biridir və hazırda elmə bu cür 200-ə qədər virus məlumdur. İnfeksiyanın gedişi bir o qədər ağır deyil. İmmun sistemi normal olan insanlar bu xəstəliyi yüngül keçirir və qısa müddət ərzində sağalır.

Əgər virusa yoluxan şəxsin immun sistemində bir qüsur varsa və ya həmin şəxs infeksiyanın fəsadlaşmasının risk qrupuna daxildirsə, xəstəlik gedişatında xoşagəlməz fəsadlar ola bilər. Körpələr, uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan insanlar risk qrupuna daxil olan şəxslərdir.

Ona görə də risk qrupuna daxil olan şəxslər diqqətli olmalıdırlar. Onlarda qripəbənzər əlamətlər varsa, xəstələndiyi ilk gündən həkimə müracət etməlidirlər ki, xəstəlikdə fəsad yaranarsa, vaxtında aşkar olunsun və adekvat tədbirlər görülsün. Sağlam əhali qrupunda isə bu viruslar heç bir problem törədən deyil və 7-10 gün ərzində fəsadsız ötüşür".

Həkim vurğulayıb ki, koronavirus pandemiyası dövründə əhaliyə tövsiyə edilən tədbirlər bu virus zamanı da keçərlidir və yoluxmanın qarşısının alınmasına səbəb ola bilər.

"Metapnevmovirus üçün xüsusi peyvənd hazırlanmayıb. Yalnız qripə qarşı peyvənd etdirməklə biz özümüzü qripdən qorumuş oluruq. Nəzərə almaq lazımdır ki, qrip infeksiyası ilə müqayisədə metapnevmovirus daha yüngül keçir və daha az fəsadlaşır.

Hava-damcı infeksiyaları üçün sərhəd yoxdur, yəni bu infeksiyalar ölkədən-ölkəyə, insandan-insana yayıla bilər. Hələ qış ayları qabaqdadır və bu dövrdə bu tip infeksiyanın Azərbaycana gələcəyi istisna olunmur. Lakin nəzərə alsaq ki, böyük əksəriyyətdə bu, yüngül keçir, ağırlaşma yaratmır, hesab edirəm ki, mətbuatda yaranmış ajiotajın heç bir elmi əsası yoxdur. Sadəcə olaraq insanlar bu dövrdə qeyd etdiyimiz qaydalara əməl etməklə virusdan qoruna bilərlər", - deyə o əlavə edib.

Digər xəbərlər
15:01 Onların kredit borcları silindi
14:58 Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur?
14:55 Şəkərsiz adı ilə aldığımız məhsullar zəhər saçırmış
14:52 Azərbaycan Afrikada saxlanılan gəmilərlə bağlı NOTA VERDİ
14:49 Kapitalbank kartdan bu pulları çıxacaq - 10 yanvara dək - RƏSMİ AÇIQLAMA
14:45 "Whatsapp"dan daha bir yenilik
14:27 Bakıda tikiləcək 10 yeni metrostansiya bu ərazilərdə olacaq - XƏRİTƏ
13:27 Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Bəyanat yayıb