hemle

NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb

Tarix:5-01-2025, 21:03
Baxış Sayı:441

Böyük Britaniya onilliklər ərzində yüksək səviyyəli raketdən müdafiəni təmin etmək üçün lazımi vəsait ayırmayıb və buna görə də krallıqdakı hərbi qurğular və xaricdəki Britaniya bazaları potensial düşmənlər üçün asan hədəf ola bilər.

Bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Britaniyanın müdafiəsində zəifliklər NATO ekspertləri tərəfindən ölkənin döyüş hazırlığının yoxlanılması nəticəsində müəyyən edilib.

Bildirilib ki, London nüvə elektrik stansiyaları və hərbi bazalar da daxil olmaqla mühüm infrastrukturu qorumaq üçün hava hücumundan müdafiə sistemlərinə investisiyaları artırmalıdır.

Qeyd olunur ki, Böyük Britaniya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin vəziyyəti ilə bağlı öz baxış sənədi üzərində işləyən NATO-nun keçmiş baş katibi Corc Robertsonun rəhbərlik etdiyi beynəlxalq ekspertlər qrupu da Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb. Bu sənədin yazda Böyük Britaniya hökuməti tərəfindən vəziyyəti düzəltmək üçün tövsiyələrlə birlikdə dərc ediləcəyi gözlənilir.

Digər xəbərlər
17:05 Zirəddindən 2025-ci il proqnozu - Yeni qorxulu virus...
17:02 Riskli vergi ödəyiciləri nələrə diqqət etməlidirlər?
16:56 Onlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər
16:47 Bu il universitetlərə qəbul balları artacaq?
16:42 Ermənilər Naxçıvan istiqamətində bunker tikir - FOTO
16:32 Riyaziyyat və Mexanika İnstitutunun "Optimal idarəetmə" şöbəsinin baş elmi işçisi, fizika riyaziyyat elmləri doktoru, professor Telman Məlikovun 75 yaşı tamam olur
12:25 Təyyarə qəzası: Kreml Bakıdakı əsas “silah”ını işə salacaqmı?
12:22 Bu şəxslərə ŞAD XƏBƏR - Maaşları artacaq - RƏSMİ