hemle

Maaşı az olanlara xoş xəbər - artımlar olacaq

Tarix:5-01-2025, 10:20
Baxış Sayı:445

Minimum əmək haqqının artırılması cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirələrə səbəb olan mühüm iqtisadi hadisələrdən biridir.

Belə hallarda ən çox diqqət çəkən məqamlardan biri digər vətəndaşların, xüsusilə də orta və aşağı gəlir qruplarına daxil olan şəxslərin əmək haqlarında artımların olub-olmayacağıdır.

Millət vəkili Vüqar Bayramov baku.ws-ə açıqlamasında bildirib ki, minimum əmək haqqı həm dövlət, həm özəl sektorda çalışan vətəndaşların məvaciblərinin yeni minimum əmək haqqı səviyyəsinədək artırılmasını nəzərdə tutsa da, vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan vətəndaşların maaşlarında da artımlar olacaq:

"Çünki minimum əmək haqqı məbləği vahid tarif cədvəlində maaş alan vətəndaşlarımızın əmək haqlarına da təsir göstərir. Hazırda 19 pillə üzrə vahid tarif cədvəli ilə dövlət məsrəfində çalışan, dövlət qulluqçusu olmayan vətəndaşlarımızın dörd pillə üzrə maaşları 400 manatdan azdır. Yəni həmin vətəndaşlarımızın maaşları minimum əmək haqqı səviyyəsinə çatdırılacaq. Eyni zamanda bu digər pillələr üzrə artımlarla müşahidə olunacaq.

Məhz Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı artımları ilə bağlı qərarın verilməsi və vahid tarif cədvəlinə uyğun dövlət müəssisələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əmək haqlarının artırılacağı həyata keçiriləcək. İlkin gözlənti ondan ibarətdir ki, minimum əmək haqqının artırılması təxminən 700 min vətəndaşımızın əmək haqlarında artımlarla müşahidə olunacaq".

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu