hemle

Xərçəng əleyhinə peyvənddə uğurlu sınaqlar: Kimyaterapiya və cərrahiyyəyə ehtiyac olmaya bilər

Tarix:4-01-2025, 15:38
Baxış Sayı:441

2025-ci ildə xərçəng əleyhinə peyvəndin yaradılmasında yeni mərhələ başlaya bilər.

Bu barədə "The Economist" onkologiya sahəsində aparıcı alimlərin fikirlərinə istinadən xəbər verib.

Bildirilir ki, xərçəng əleyhinə peyvənd nümunələrinin son sınaqları ümidverici nəticələr göstərib. Alimlər hazırda ən geniş yayılmış və aqressiv xərçəng formalarından olan dəri, beyin və ağciyər şişlərinə qarşı preparatın təsirini araşdırırlar.

"Ümid var ki, xərçəng peyvəndləri kimyaterapiya və ya cərrahiyyə kimi daha invaziv müalicə üsullarına ehtiyacı azaldacaq nöqtəyə qədər irəliləyəcək", - deyə nəşrdə qeyd edilib.

Müəllifin sözlərinə görə, peyvəndin yaradılması üçün alimlər şiş nümunələri götürür, bundan sonra onun genomu ardıcıllaşdırılır və bütün genetik mutasiya variantları axtarılır.

Qeyd etmək lazımdır ki, dekabr ayının sonunda Çinin Milli Nanotexnologiya Mərkəzindən olan alimlər qrupu şiş membranı antigenləri əsasında nanopeyvənd hazırlayıb. Siçanlar üzərində aparılan sınaqlar preparatın yüksək effektivliyini göstərib.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu