hemle

Rusiya tranziti dayandırdı: Avropa çətin durumdadır

Tarix:1-01-2025, 22:08
Baxış Sayı:440

Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranzitinin dayandırılması qitənin enerji təhlükəsizliyi məsələsini gündəmə gətirib.

Bu barədə "Newmoney” portalı yazıb.

Nəşrin məlumatına görə, hazırda Avropa ölkələri öz qaz ehtiyatlarına çox güvənir. "Qazprom"un tranziti dayandırmaq qərarından sonra Mərkəzi Avropada bu tədarüklərə arxalanan bəzi dövlətlər başqa yerlərdən daha bahalı qaz alacaqlar.

Portal qeyd edir: "Bu, bölgənin qış anbar tutumunu son illərdə ən sürətlə tükəndiyi bir vaxtda tədarüklərə təzyiq edir".

Məqalədə bildirilir ki, tranzit dayanması Avropanın Rusiya Federasiyasından asılı olaraq qaldığını göstərdi və Aİ ölkələrinin Rusiyadan tədarükdən imtinaya yanaşmasında çatışmazlıqlar var. Bütün bunlar qlobal qaz bazarında yaranmış gərgin vəziyyət fonunda baş verir.

Digər xəbərlər
10:44 Çay paketlərindəki təhlükə: Kif və bakteriya riski...
10:40 ChatGPT-yə “Dünyanı necə ələ keçirərsən?” sualı verildi: Tükürpədən cavab!
10:36 Pensiyalar 2 günə veriləcək - RƏSMİ
10:33 Onların pensiya yaşı 20 ilədək AZALDILIR - DSMF AÇIQLADI
10:17 Uzunömürlülüyün sirri: Ürək sağlamlığı üçün həftədə optimal yumurta sayı açıqlandı
10:08 Azərbaycanda borcu olan bu şəxslərə SMS göndəriləcək
10:04 Ağdaban qətliamından 33 il ötür
09:44 ÜST rəhbərindən qorxunc PROQNOZ: Yeni pandemiya gəlir?