hemle

Moskva bir daha bəyan etdi: 2025-ci ildə Bakı ilə İrəvan arasında...

Tarix:31-12-2024, 21:43
Baxış Sayı:427

Rusiya Bakı və İrəvan arasında 2025-ci ildə çoxdan gözlənilən sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə hazırdır.

Bu, Rusiyanın Ermənistandakı səfiri səfiri Sergey Kopırkinin Yeni il təbrikində deyilir.

“Rusiya Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərinin bir hissəsi olaraq Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etməkdə davam edir. Bu prosesin irəliləməsinə mühüm töhfə oktyabrın sonunda Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Ermənistan-Azərbaycan yüksək səviyyəli danışıqları oldu. Yeni ildə də mümkün olan hər şeyi etməyə hazırıq”, - Rusiya səfiri bildirib.

Bu sənəd, onun fikrincə, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair razılaşmaların həyata keçirilməsinə imkan verəcək.

Rusiya-Ermənistan münasibətlərinə gəlincə, o bildirib ki, ötən il çağırışlara və çətinliklərə baxmayaraq, Moskva və İrəvan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin güc sınağından çıxması üçün ardıcıl çalışıblar.

Kopırkin xüsusilə, ölkələrin siyasi dialoqa yüksək səviyyədə dəstək verdiyinə diqqət çəkib. Parlamentlər, icra və məhkəmə hakimiyyətləri arasında ikitərəfli əlaqələr davam etdirilib. Rusiya-Ermənistan hökumətlərarası komissiyasının dekabrın ortalarında Moskvada keçirilən iclasında bir sıra mühüm sazişlər imzalanıb.

“Biz bu il iki dəfədən çox artmış ticarət-iqtisadi göstəricilərdən razı qaldıq, Rusiya Ermənistan üçün əsas xarici ticarət tərəfdaşı və investor olaraq qalır - bu, sıx çoxşaxəli qarşılıqlı fəaliyyətin məntiqi davamı, eləcə də Avrasiya iqtisadi inteqrasiyasının nəticəsidir. ”, - səfir qeyd edib.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...