hemle

Azərbaycanda süni intellekt laboratoriyası yaradılacaq

Tarix:25-12-2024, 20:13
Baxış Sayı:441

Azərbaycanda süni intellekt laboratoriyası yaradılacaq.

Bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat verilib.

Belə ki, ölkədə Sənaye 4.0 Akselerasiya Mərkəzinin və Süni İntellekt Laboratoriyasının yaradılması ilə bağlı avadanlıqlar və əlaqədar xidmətlər satın alınacaq.

Məlumata görə, artıq bununla bağlı "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırlıq işlərini yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Bakinity Distribution" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 603,2 min manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, "Bakinity Distribution" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 min manat olan şirkətin qanuni təmsilçisi Qəmbərov Eldar Fikrət oğludur.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ