hemle

Gecə klubundakı partlayışda adı keçən şirkət kimindir? - Yeni adlar

Tarix:5-04-2022, 08:56
Baxış Sayı:179

Xəbər verdiyimiz kimi, Bakıda “Location” gecə klubunda baş vermiş partlayışa görə üç nəfər həbs olunub. Bunlar iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovdur.

hemlemedia.az xəbər verir ki, “Qafqazinfo” bu məqamda “Merser food” MMC ilə bağlı araşdırma aparıb.

Hazırda 711 manat vergi borcu olan “Merser food”un əvvəllər qanuni təmsilçisi Umudov Qulu Adəm oğlu olub. Lakin şirkət sonradan əl dəyişdirib. Hazırda MMC-nin qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur.

Şirkət dövlət qeydiyyatına 2018-ci ilin sentyabrında alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.

Nurlan Kərimlinin adına daha bir şirkət də var ki, bu da “Merser” ASC-dir. Dövlət qeydiyyatına 2017-ci ildə alınan şirkətin nizamnamə kapitalı 4 min manatdır. Bu şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Aşıq Pəri (Ərəblinka), ev 16 B-dir. Maraqlıdır ki, bu ünvanda daha bir şirkət qeydiyyatdan keçib. Söhbət “Merser Trade” MMC-dən gedir. 2017-ci ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 10 manat göstərilib. Şirkətin qanuni təmsilçisi isə Yusubov İsrail Arzu oğludur.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ