hemle

Sarkisyanla Köçəryan qorxdular: Paşinyanla Qarabağ məsələsinə görə debata çıxmadılar

Tarix:Dünən, 09:29
Baxış Sayı:546

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan baş nazir Nikol Paşinyanla Dağlıq Qarabağ üzrə danışıqlar prosesi ilə bağlı debata çıxmaqdan imtina ediblər.

Debata səbəb Nikol Paşinyanın sosial şəbəkələrdə dərc olunan bəyanatı olub. Həmin yazıda o, 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından bəri danışıqların sırf Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı aparıldığını iddia edib. Baş nazirin sözlərinə görə, “danışıqlar prosesinin başqa məzmunu yox idi” və alternativ şərhlərdən yalnız daxili siyasi məqsədlər üçün istifadə edilib.

Bu bəyanat Paşinyanı yalan danışmaqda ittiham edən ikinci və üçüncü prezidentlərin ofislərinin nümayəndələrinin tənqidinə səbəb olub. Buna cavab olaraq baş nazir ölkənin keçmiş liderlərini “nümayəndələrinin arxasında gizlənməkdə” ittiham edərək, onları birbaşa debatlara çağırıb. Lakin onun dəvəti rədd edilib.

Digər xəbərlər
18:27 Bir kəndin əhvalatı
17:00 Saxta diplomlarla bağlı mühüm xəbər
16:57 Ermənilər Xalq artistinin daha bir mahnısını oğurladılar
16:54 Alimdən şok açıqlama: Çoxarvadlılığın İslama dəxli yoxdur, ərəb ənənəsidir
16:52 Paşinyan Əliyevin bu tələbinin icrasına başlayır - Qarabağla bağlı tarixi gediş
09:36 Putin bu mühüm ərazidən imtina etdi - Görün nə qarşılığında
09:34 Bu uşaqlar üçün mühüm qərar: Sosial təminatlardan yararlanacaqlar - DETALLAR
09:29 Sarkisyanla Köçəryan qorxdular: Paşinyanla Qarabağ məsələsinə görə debata çıxmadılar