hemle

Zəngəzurla əlaqə itəcək, Ermənistan parçalanacaq - Xosrov 100 illik plandan danışır

Tarix:23-12-2024, 09:30
Baxış Sayı:455



“1919-cu ildə belə bir plan vardı: ermənilərsiz ərazi və Ermənistansız ermənilər. Bu plan bu gün də aktuallığını itirməyib. Azərbaycan Prezidenti İlham Əliyevin "Qərbi Azərbaycana tankla yox, maşınla qayıdacağıq" deməsi də həmin plandan xəbər verir”.

Bu iddia ilə Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan çıxış edib.

Onun sözlərinə görə, sərhədin digər hissələrinin delimitasiyası prosesində Tiqranaşeni (Kərki kəndi-red) verəcəklər.

“Hakimiyyətin anklavlarla bağlı mövqeyi bəllidir. Tiqranaşenin təhvil verilməsindən sonra orada baza quracaqlar və cənuba – Sünikə (Zəngəzur) gedən yolumuz və infrastrukturumuz nəzarətə götürüləcək, digər tərəfdən isə Cermukun (İstisu) strateji yüksəkliliklərində oturan Azərbaycan hərbçiləri nəzarət edəcək. Beləliklə, Sünikə (Zəngəzur) tədricən maşın getməyəcək. Sünikin Ermənistanla əlaqəsini kəsməyin ən mümkün yolu budur. Əliyev yaranmış imkanlardan əla şəkildə istifadə edir”, - Arutyunyan iddiasını belə davam etdirib.

Digər xəbərlər
16:40 Ümumdünya Əməyin Mühafizəsi Günü “Azəriqaz” İB-də qeyd olunub
10:42 İnsan bədənində "zombi hüceyrələri" tapıldı
10:40 Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı
10:37 Prezident: "Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik"
10:34 Bakıda konfrans: Prezidentin müraciəti səsləndirildi
10:29 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
10:26 Fransada müsəlmanlara çağırış edildi
10:20 Gənclər sürətlə siqaretdən imtina edir – ARAŞDIRMA