hemle

Qurban Qurbanova təklif gəldi - “Qarabağ”dan gedir?

Tarix:20-12-2024, 08:43
Baxış Sayı:501



Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, bunu qəbul etməyib.

Bunu "Qarabağ"ın baş direktoru Emrah Çelikel "beIN SPORTS"un saytına açıqlamasında deyib.

Klub rəsmisi Qurban Qurbanovun qardaş ölkə Türkiyədən təkliflər aldığını söyləyib:

"Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, bunu qəbul etməyib. O, komandamızda qalmağı məqbul hesab edib. “Qarabağ”ın güclü mənəvi ruhu var. Baş məşqçimiz Vətəninə, bayrağına çox bağlıdır. "Qarabağ" uzun illərdir onun rəhbərliyi altında çıxış edir. Ayrılıqla bağlı məsələ müzakirə mövzusu olmayıb. Təbii ki, bəzi Avropa klubları da bəzən dəvətlər göndərirdi. Lakin Qurban Qurbanov öz qəti cavabını verib".

O, Ağdam təmsilçisinin hücumçusu Juninyonun İspaniya təmsilçisi "Sevilya"ya mümkün keçidi ilə bağlı danışıb:

"Juninyoya rəsmi təklif göndərilib. Danışıqların ilkin mərhələsində razılığa gələ bilmədik. Lakin bu danışıqların davamı olacaq. "Sevilya" həqiqətən bu transferi həyata keçirmək istəyirsə, bizim də maraqlarımızı göz önünə almalıdır. Qış fasiləsinə Juninyo kimi forvard tapmağımız asan olmaz. Lakin istəyərdik ki, Azərbaycandan hansısa futbolçu La Liqada çıxış etsin".

Digər xəbərlər
22:55 Xalq şairi Rəsul Rzanın ev-muzeyi açıldı
22:44 İyunun 2-də qaz kəsiləcək - Bu ərazilərdə
22:36 Böyük Britaniya Ukraynaya nüvə silahının hazırlanmasında kömək edə bilər
22:33 Nevroloji xəstəliklərin səbəbi və müalicəsi - Hansı əlamətlər insultdan xəbər verir?
22:23 Nazirlər Xankəndidə keçiriləcək zirvə toplantısını müzakirə etdilər - YENİLƏNDİ
18:58 XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
18:54 İyunun ilk gününün HAVASI
18:47 Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək