hemle

Bulvarda Yeni illə bağlı hansı YENİLİKLƏR olacaq?

Tarix:18-12-2024, 21:00
Baxış Sayı:501



Dənizkənarı Milli Parkda Yeni illə bağlı xüsusi hazırlıq işləri aparılır.

Bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.

"Bu il də Dənizkənarı Bulvar İdarəsi olaraq çalışmışıq ki, bayram əhval-ruhiyyəsini daha yaxşı çatdırmaq, qonaqlarımızın zövqünü oxşamaq üçün Yeni il hazırlıqlarını daha geniş miqyasda, yeni və fərqli tərtibatda təqdim edək", - Ə.Mehdiyeva bildirib.

Bulvar rəsmisi qeyd edib ki, Milli Parkın əksər hissəsi, xüsusilə də ziyarətçi axınının sıx olduğu istiqamətlərin hər yeri bayram dekorasiyaları, Yeni il instalyasiyaları ilə bəzədilib:

"Demək olar ki, hər addımbaşı xüsusi işıqlarla bəzədilmiş yolkaları görmək mümkündür. Bildiyiniz kimi, şəhərimizin ən hündür və gözəl Yeni il yolkalarından ikisi məhz bulvar ərazisində bəzədilir. Onların hündürlüyü təqribən 20 metrə yaxındır".

Ə.Mehdiyeva qeyd edib ki, bulvarın giriş hissələrində xüsusi tərtibatla işıq dekorasiyaları var. Bununla yanaşı, Kukla Teatrının yaxınlığındakı hissədə Yeni il yarmarkasının fəaliyyəti nəzərdə tutulub.

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar