hemle

Elektron imza alan şəxslər DİQQƏTLİ OLUN: Vergi borcunuz yarana bilər

Tarix:Dünən, 15:46
Baxış Sayı:457



İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dəfələrlə edilmiş müraciətlərinə baxmayaraq, etibardan sui-istifadə etməklə qanunsuz gəlir götürmək məqsədilə ayrı-ayrı vətəndaşların adına müxtəlif hüquqi şəxslərin təsis olunması hallarına rast gəlinir. Nəticədə həmin hüquqi şəxslərin böyük məbləğdə vergi borcları yaranır.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bu cür qanunazidd hərəkətlər bir çox hallarda vətəndaşların özləri tərəfindən könüllü olaraq dələduzlara etibarnamə verməsi, yaxud özünə məxsus elektron imzadan istifadə etməyə şərait yaratması nəticəsində baş verir.

Belə hallarla qarşılaşmamaq üçün Dövlət Vergi Xidməti mütəmadi olaraq vətəndaşları məlumatlandırır, onları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini üçüncü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsinə şərait yaratmamağa çağırır. Qeyd olunub ki, qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxslər tərəfindən istifadəsinə yol verməməlidir.

Qeyd edək ki, vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına alınmış elektron imza ilə təsis olunan hüququ şəxslərin yaranmasına və hüquqi nəticlərinə görə məsuliyyət daşıyırlar.

Digər xəbərlər
22:50 ŞOK ŞOK ŞOK! Azərbaycanda görülməmiş hadisə ŞOK İDDİA!
15:54 İranda hicab qarşıdurması: Pezeşkian veto qoydu
15:51 Şəkər xəstəliyinin möcüzəvi müalicəsi - indiyə qədər səhv edirmişik
15:49 Revmatizmin təbii dərmanı - Ağrıdan əsər qalmır
15:46 Elektron imza alan şəxslər DİQQƏTLİ OLUN: Vergi borcunuz yarana bilər
15:41 Azərbaycanda bu qış çox sərt keçəcək
15:38 “Azərişıq” smart kartlarla bağlı məlumat yaydı
15:35 Magistraturaya girib, əsgərlikdən yayınanmaq istəyənlərin NƏZƏRİNƏ - QAYDA dəyişir