www.Fedai.az
News12.az saytı Ermənistan və ona hamilik edən xarici dövlətlərin Azərbaycan xalqının başına gətirdiyi dəhşətli əməlləri faktlarla ictimayyətə təqdim etməkdə davam edir. Bu dəfəki araşdırmada Azərbaycanın işğal olunmuş Laçın rayonunda ermənilərin törətdikləri vəhşiliklərdən söhbət açılır.
Erməni ideoloqu E. Aydınyan «Generala məktub, Siradeqyana salam » adlı 114 səhifəlik kitabında yazır: «Laçın yaşayış ərazisinin kimə aid olması məni maraqlandırmır. Məni maraqlandıran və heç vaxt maraq dairəmdən çıxmayan XXI əsr erməni tarixinə necə düşməyimdir. Şübhə etmirəm ki, bizim təşkilatın əli silahlı dəstələri erməni tarixinin XXI əsrini yaratmaq iqtidarında olacaq» (Beyrut. 1996-cı ilin fevralı, səh. 42).
Araşdırmalarımıza görə, polkovnik M. Ovsepyanın mühacir dəstəsi 1992-ci il mayın 13-də Laçın istiqamətində hücuma hazırlaşır. Bu barədə isə Gorusda erməni və rus dillərində çap olunan «Front» («Cəbhə») qəzeti 1992-ci il 26-cı sayında məlumat verir. Bu arada beynəlxalq «Röyter» (Reuters Ltd) İnformasiya Agentliyi öz müxbiri Vanori Bennetin Laçın ərazisindən belə bir məlumatını açıqlayır: «…Официальные представители в Ереване заявили, что курды, живущие в Лачине, добровольно разрешили армянам использовать дорогу в качестве коридора для гуманитарной помощи до тех пор, пока по ней будетпоставляться продовольствие и медицинское оборудование… Но трупы все лежали в кюветах, когда через два дня я снова проезжала через Лачин… «Не смотрите, — сказал Мечи, местный журналист. — Есть вещи, на которые вам не следует смотреть и вопросы, которые вам не следует задавать…» («Röyter» Agentliyinin 1992-ci il 19 may tarixli məlumatı. İki qoşa səhifə. Əlavə məlumat: Moskva. «Независимая Газета». Həmin tarix, səh.2.)
Laçın yolları və keçidləri öldürülmüş, güllədən keçirilmiş insanlarla dolu idi. İngilis jurnalisti V. Bennet bunu da deyir ki, ona əzab və işgəncələrlə öldürülmüş meyitlərə baxmaq qadağan olunurdu. «Onların bir qisminin başı kəsilmişdi» — deyən V. Bennet özünə bir daha «bu eybəcər vəhşilik və qəddarlıqla dolu olan yerə» gəlməyəcəyinə söz verir.
1992-ci il mayın 18-də saat 13:50 dəqiqədə Laçın ərazisindəki Qarıqışlaq kəndində (qərb hissəsində) səkkiz qız uşağı güllələnir. Yaşı 9-la 11 arasında olan bu uşaqların dördü Hacılar kəndindən idi. Bütün bunlar, məlumata görə, V.Bennet tərəfindən lentə köçürülür. Lakin Londona qayıtdıqdan sonra həmin kaset İngiltərənin «Mİ-6» kəşfiyyat xidməti tərəfindən alınır.
«Dağlıq Qarabağa yardım Mərkəzi» 1992-ci il martın 13-də Sisiyan rayon ərazisindəki «V/ç-2101» nömrəli xüsusi dəstənin tərkibində məskunlaşır. Martın 16-da isə doqquz nəfərlik silahlı dəstə Xnatsax sərhəd məntəqəsinə köçür. Martın 22-də Xnatsaxla VeriĢen əraziləri arasındakı «şimal» təlim düşərgəsində hərbi təlimlərə başlayır. 1992-ci il mayın 15-də hərbi hissənin mayoru Abram Arşakyanın komandanlığı ilə muzdlu rota Sadınlar kəndinə hücum edir. Mayın 16-da 13 kənd sakini əsir alınır. Məlumata görə, onların bir neçəsi hələ də Ermənistan Təhlükəsizlik Xidmətinin həbsxanasında saxlanılır. Ermənistan MTN-nin mətbuat katibi, polkovnik Araik Melkonyan isə bu faktı inkar etməklə işini bitmiş hesab edir.
1992-ci il mayın 19-da sağ qalan 7 əsir «Sonasar» əsir düşərgəsinə göndərilir. Bu düşərgədə hər şey satılırdı. Саn üstündə olan əsirlərimiz dava dərmandan məhrum edilirdi. Həkim Aida Nersesovna Saakyan üçün güllə yarası almış uşaq əsirlər diriykən ölümə məhkum edilmişdi. «Sonasar»da həkim-terrorçu Aida Saakyanın iynə və zəhərli preparatları ilə qətlə yetirilən uşaqlar üçün ayrıca qəbiristanlıq salınmışdı. Erməni muzdluların «Dərə» adlandırdıqları buqəbiristanlıqda bir gündə 36 insan dəfn edildi. Bu barədə əldə etdiyi ilk məlumatı mayın 27-də BMT-nin Uşaq Fonduna diplomat Françesko Vendrell çatdırdı (BMT. «Uşaq Fondunun məlumat və hesabatı», 9 oktyabr 1992-ci il).
HAMİLƏ QADINLAR ÜÇÜN DAĞ AĞACI
1992-ci il mayın 19-da Laçın rayonunun altı kəndində dar ağacı qurulmuşdu. «…Dar ağacları məni vahiməyə salmışdı… Alxaslı kəndində qurulan qoşa dar ağaclarında iki qadın asılmışdı… Bəlkə də ana-balaydı, bilmədim… Amma bu mənzərə dünyanı sarsıda, ürəyi olan kəsləri düşündürə biləcək bir mənzərəydi. Xilas üçün əlimiz çatmadığından, Allahdan bağışlanmamızı istədik. İranda bu kadrları heç kəs çap etmədi…» (İran jurnalisti Səyyah Hüseyn. «Laçın dəftəri» kitabı. «Morteza qardaşları» nəşriyyatı. 1995, səh. 52).
Ermənilərin dar ağaclarına çəkdikləri qadınlar, 1993-cü ilin araşdırmalarına görə, Hicar Əjdər qızı Əmirova (1948-ci il təvəllüdlü, pasport: XI-JQ N469214) və Rəbiyyə Aslan qızı Abdullayeva (1950-ci il təvəllüdlü, pasport: XI-JQ N312612) olub. 1995-ci ilin materiallarında isə bu adamların adları bir daha dəqiqləşdirildi:
1. Hicar Ələsgər qızı Əmirova (doğum sənədi eynidir).
2. Rəbiyyə Aslan qızı Abdulova (doğum sənədi eynidir).
Erməni terrorçuları həmin şəkilləri «Zartunk» (Livan), «Ararat» (Türkiyə), «Vestnik» (RF), «Araz» (İran), «Verayeti» (Variety — ABŞ)… qəzet və jurnallarında çap etdirərək sənədli xronikanın faktları kimi öz mövqelərindən (1992-1993-cü illər) Şərh edirdilər. Guya həmin qadınlar azərbaycanlılar tərəfindən Xankəndidə asılıblar. Məkan, təhlillər və toplanmış materiallar isə başqa səmtə aparıb çıxarırdı. 1995-ci ildə ermənilər Kaliforniyada keçirilən «Həvəskarların sənədli kadrları» sənədli kinofilmlər Festivalında bu kadrların nümayişinə görə gümüş, 1997-ci ildə isə Parisdə eyni adlı festivalda qızıl medala «layiq görüldülər»… («San Francuso Chronicle» («San-Fransisko xəbərləri»), 26 noyabr 1995-ci il. «Le Monde» («Dünya») 13 aprel 1997-ci il). 1992-ci ilin yanvar-iyun aylarında Qarabağ ərazisində terrorçuluq aktlarında iştirak edən «V2:216/43» nömrəli erməni-rus hərbi dəstənin üzvlərindən olan sıravi Usman Xocayev Sadulla Daşkənd Hərbi Komissarlığına yazdığı «Etiraf» məktubunda göstərir: «…Bu, müharibədən çox qəsdə oxşayırdı. Ermənilərlə ruslar yerli adamların qəsdinə durmuşdular. Əsir alınmışlara anket paylayırdıq. Onları məcbur edirdik ki, kağızın işarə olunmuş hissəsinə milliyyətcə erməni olduqlarını yazsınlar. Etiraz edənlər öldürülürdü. Bəzilərinə isə tələm-tələsik dar ağacı düzəldilirdi…» (Daşkənd HK-nın arxiv sənədləri. Qovluq N431). Məktubun bir hissəsi «İzvestiya» qəzetinin 1992-ci il 4 sentyabr tarixli sayının 2-ci səhifəsində çap olunub. Həmin ilin sentyabrında Nyu-Yorkda nəşr olunan həftəlik «NATĠON» qəzetində jurnalist Dilip Hiro «The Question on Azerbaijan» («Azərbaycanla bağlı sual») yazısında qeyd edir: «…Народ не мог смириться с мыслью, что их республика, будучи в три раза больше Армении, вдвое превышающая ее по численности населения, богатая нефтью и газом, потерпела поражение не от регулярной армии, а от боевиков. Они приписали свои неудачи заговору, подготовленному проармянскими русскими офицерами в армии СНГ и политиками в Москве, богатой армянской диаспорой вкупе с дашнакскими экстремистами и фанатичными иранскими муллами в Тегеране, а также предательской азербайджанской «мафии», подозреваемой в продаже азербайджанского оружия армянам за высокие цены…».
Məlumata görə, 1992-ci il noyabrın 10-da Ümummilli Erməni Hərəkatının lideri, Azərbaycan torpaqlarının işğalında fəal iştirakına görə «Müqəddəs Georgi» ordeni alan Aşot Beloyan Bakıya gəlir. Ondan bir qədər əvvəl isə, 1992-ci ilin iyulun 1-də Ermənistan Prezidenti Levon Ter-Petrosyan elan edir: «…Локальная война в Нагорном Карабахе может перерасти в крупномасштабную, и в этом случае она может иметь для Армении благополучный исход…» (Moskva, «Известия» qəzeti, 1 avqust 1992-ci il).
Araşdırmalarımıza görə, İngiltərənin, Amerika Birləşmiş ştatlarının, İranın,Almaniyanın, Rusiya Federasiyasının və Fransanın dövlət arxivlərində, xüsusi xidmət orqanlarının qovluqlarında erməni terrorçu dəstələrin Azərbaycanın Dağlıq Qarabağ ərazisində törətdikləri cinayətlərə, vəhşilik və genosid siyasətlərinə dair kifayət qədər sənəd və lent yazıları var. Ermənistanı təcavüzkar və terrorçu bir dövlət kimi göstərmək, dünyaya tanıtmaq üçün 17 dəqiqəlik bu sənədli lent kifayət edərdi./News12.az/