hemle

Əsəd Rusiyaya belə qaçıbmış... - Görün hamını necə aldadıb

Tarix:14-12-2024, 09:28
Baxış Sayı:441



Suriya Prezidenti Bəşər Əsədin ölkəni tərk etmək planlarını gizli saxladığı və qaçmazdan əvvəl rəsmiləri Rusiyanın yardım edəcəyinə əmin etdiyi iddia olunur.

“Moskvaya qaçmasına bir neçə saat qalmış Əsəd şənbə günü Müdafiə Nazirliyində 30-a yaxın hərbi və təhlükəsizlik rəisləri ilə görüşdə Rusiyanın hərbi dəstəyinin yolda olduğuna inandırıb və quru qoşunlarını müqavimətə çağırıb”, - deyə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, o, qaçış planlarını uzun müddət gizlədib, hətta elit 4-cü zirehli diviziyanın komandiri kiçik qardaşı Maher Əsədə belə məlumat verməyib.

Əsədin köməkçisinin sözlərinə görə, o, şənbə günü prezident aparatının rəhbərinə işini bitirdikdən sonra evə getdiyini deyib, lakin hava limanına gedib.

Onun sözlərinə görə, Əsəd həmçinin media üzrə müşaviri Buthaina Şaabana zəng edib və ondan çıxış yazmaq üçün evinə gəlməsini istəyib. Müşavir isə evə gəldikdə heç kimin olmadığını görüb.

Üç keçmiş yaxın köməkçisi və yüksək rütbəli regional məmur Əsədin yaxın ailəsi, həyat yoldaşı Əsma və üç uşağının onu Moskvada gözlədiyini bildirib.

Məlumata görə, Əsəd evindən tələsik çıxıb. Onun evindən çəkilmiş videolarda ailə albomları, sobada qalan bişmiş yeməklər əksini tapıb.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ