hemle

Rusiyadan Ərdoğanın “bir mən, bir Putin...” sözlərinə reaksiya

Tarix:12-12-2024, 08:13
Baxış Sayı:441



Rəsmi Moskva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada yalnız onun və Rusiya Prezidenti Vladimir Putinin təcrübəli liderlər olması barədə açıqlamasına münasibət bildirməyi düzgün hesab etmir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “NEWS.ru”nun müvafiq sualını cavablandırarkən bildirib.

Diplomat vurğulayıb ki, Rusiya tərəfi dost ölkələrlə münasibətlərini qoruyur.

“Ölkəmiz dost ölkələrdən olan həmkarlara və liderlərə hörmət edir, dialoqu davam etdirir, əlaqələri inkişaf etdirir, mütəmadi olaraq təmaslar təmin edilir. Lakin Türkiyə Prezidentinin bəyanatını şərh etməyi düzgün hesab etmirik, bu Türkiyə tərəfinin işidir”, - Zaxarova deyib.

Xatırladaq ki, daha əvvəl Ərdoğan Qaziantep vilayətində gənclərlə söhbəti zamanı özünün və Rusiya Prezidenti Vladimir Putinin uzun müddətdir siyasi səhnədə olmaqla dünyada yeganə təcrübəli liderlər olduğunu söyləmişdi.

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu