hemle

Bayram günlərində qatarların hərəkət cədvəli dəyişəcək

Tarix:10-12-2024, 09:36
Baxış Sayı:412



Bayram günləri ilə əlaqədar iş və istirahət günlərinin yerdəyişməsi nəzərə alınaraq, qatarların hərəkət cədvəlinə müvafiq dəyişikliklər edilib.

Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, 28 və 29 dekabr tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət elektrik və ekspres qatarları iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.

30 və 31 dekabr, həmçinin 1, 2, 3, 4 və 5 yanvar tarixlərində isə bu marşrut üzrə sürət elektrik qatarlarının hərəkəti qeyri-iş günlərinin cədvəlinə əsasən təşkil ediləcək. Bu tarixlərdə ekspres qatar hərəkətdə olmayacaq.

Eyni zamanda, 28 və 29 dekabr tarixlərindəki Bakı–Qəbələ və Qəbələ-Bakı reysləri hər iki istiqamət üzrə olmaqla 30 dekabra təyin edilir. Bundan başqa, 31 dekabrda Bakıdan Qəbələyə, 2 yanvarda isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq.

Bayram günlərində tələbata uyğun olaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarların təyini planlaşdırılır.

Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Digər xəbərlər
11:17 Çoxumuzun hər gün içdiyi ən təhlükəli ÇAY NÖVÜ
11:13 “Bolt”da bu sürücülərin fəaliyyətinə bu gündən QADAĞA
11:04 Daxili Qoşunların yaranmasından 33 il ötür
10:59 USAID-də MƏHVETMƏ ƏMƏLİYYATI - Çirkin əməllər belə ört-basdır edilir
10:55 İsrail rəsmən elan etdi: Suriyada işğal hazırlığı görülür
10:50 Dumanlı hava davam edir
10:15 Tramp Putinlə bu tarixdə danışacaq: Vaşinqton Moskvadan nə gözləyir?
10:12 Paşinyan türk jurnalistlərə nə deyib? - İrəvan Moskvanı Ankara ilə əvəzləyir