hemle

“Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir?

Tarix:29-11-2024, 08:41
Baxış Sayı:390



Marketlərdə saxta endirimlərlə bağlı sosial şəbəkələrdə növbəti görüntü yayılıb. Videoda məhsulun qiymətinin süni şəkildə qaldırılıb, ardınca əvvəlki qiymətindən də artığına “endirildiyi” kadrları yer alıb. Nəticədə istehlakçılar saxtakarlığın qurbanı olur.

Mövzu ilə bağlı danışan qida eksperti Ağa Salamov bildirib ki, saxta endirim strategiyaları süni qiymət artımına gətirib çıxaran amillərdən biridir və istehlakçıların aldadılması deməkdir.

“Süni endirim edən mağaza sahibləri anlamalıdır ki, “endirim” etdikləri məhsulun qiyməti 3 manat olduğu halda, 5 manata qaldırılıb, ardınca yenidən 3 manata “endirilib”sə, insanlar həmin məhsulun həqiqi dəyərini 5 manat kimi qəbul edir. Bu isə birbaşa istehlakçıların hüquqlarının pozulmasına və ölkədə süni qiymət artımına gətirib çıxarır.

Bununla bağlı İqtisadiyyat Nazirliyi monitorinq aparsa, yaxşı olar. Marketlərdə aparılan monitorinqlər zamanı əslində məhsulun “endirim” adı altında öz qiymətinə satıldığı aşkar oluna bilər”, - o əlavə edib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyib ki, saxta və ya şişirdilmiş endirimlər olan halda istehlakçılar dövlət orqanlarına müraciət edərək, mağaza sahibini 1500 manatdan 5000 manatadək cərimələtdirə bilər:

“Bu məsələ ən çox ərzaq mağazalarında olur. Saxta endirimlər zamanı istehlakçıların hüququ pozulur və bununla bağlı şikayət çoxdur. Mağazalarda saxta endirimləri müəyyənləşdirmək çox vaxt istehlakçıların üzərinə düşür. Belə hallarla qarşılaşan istehlakçılara 195 qaynar xətti ilə İqtisadiyyat Nazirliyinə müraciət etmələrini tövsiyə edirəm”.

Digər xəbərlər
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı
22:55 İran yaxın saatlarda Ramat David aviabazasını VURACAQ
22:54 Milyonlarla insan təhlükədədir: Radiasiya riski artır
22:53 Gülüşün sağlamlığa faydası: Görün nələrə qadirdir
22:52 İsraildə ilişib qalan 40 min turistin taleyi necə olacaq?
22:51 Xəbərdarlıq edildi: 2050-ci ilə qədər 1 milyard insan...
22:50 Hacıların ilk qrupu vətənə qayıtdı