hemle

Rusiya türkləri deportasiya edir: Əvəzində bu ölkədən işçilər cəlb edəcək

Tarix:7-11-2024, 09:56
Baxış Sayı:399



Rusiyaya başqa qitədən işçi qüvvəsi göndərilə bilər.

Rusiyada tikinti sənayesi yüksəliş dövrünü yaşayır və yeni işçilərə ehtiyac var. Miqrantlar üçün qanunvericilik sərtləşir, lakin insan resurslarına ehtiyac aradan qalxmayıb.

Mərkəzi Asiyadan olan (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) miqrantların əvəzinə Zimbabvedən olan işçilər Rusiyaya gələ bilər. Bu barədə yerli “The Herald” qəzeti respublikanın milli mənzil və sosial xidmətlər naziri Soda Zemu ilə Rusiya Federasiyasının tikinti və mənzil-kommunal təsərrüfat nazirinin müavini Nikita Stasişinin görüşündən sonra məlumat verib.

Zimbabve də Rusiyanın malik olduğu irimiqyaslı mənzil tikintisi təcrübəsini mənimsəməkdə maraqlıdır. Söhbət ilk növbədə sosial mənzillərdən gedir.

Xatırladaq ki, Rusiyada son altı ayda miqrantlarla bağlı qanunvericilik tədricən sərtləşdirilib. İddia edilir ki, miqrantların iştirakı ilə baş verən hadisələrin sayının artması səlahiyyətliləri hərəkətə keçməyə vadar edir.

Belə ki, bundan sonra əcnəbilər ölkəyə gəldikdən sonra bütün biometrik məlumatları bazaya daxil ediləcək. Qeyri-leqal miqrasiyaya görə məsuliyyət xeyli sərtləşdirilib və demək olar ki, hər gün qeyri-leqal immiqrantlar Rusiyanı çox vaxt ailələri ilə birlikdə tərk edirlər. Çox vaxt insanlar Rusiya vətəndaşlığının və yaşayış icazəsinin təmin etdiyi sosial müavinətlər üçün bütün ailələrini buraya gətirirlər.

Digər xəbərlər
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR
23:34 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
23:33 Paşinyan Azərbaycana barter təklif edir
23:32 Rahim Novruzova yüksək vəzifə verildi
23:31 Sabunçu Rayon İcra Hakimiyyətində təyinat
23:30 16 milyon dollar sərvəti kimə qalacaq?
23:30 Sabah bu ərazilərdə işıq olmayacaq