hemle

Çin Azərbaycandan keçən dəhliz üçün… - Rus ekspert

Tarix:5-11-2024, 11:34
Baxış Sayı:491




Orta Dəhliz Çin üçün xarici bazarlarla əlaqə quran beş mühüm marşrutdan biridir.

Bu barədə rusiyalı ekspert, tarix elmləri doktoru Aleksey Maslov Ermənistan mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, Orta Dəhliz Çin üçün prioritet məsələdir və o, bunu gizlətmir:

“Son beş il ərzində Çin gördü ki, bir çox bölgələr və dəhlizlər müharibə, ABŞ-ın fəaliyyətləri və əks-təsirlər nəticəsində bağlana bilər. Buna görə də Çin bu dəhlizləri mümkün qədər şaxələndirmək istəyir və konkret olaraq Azərbaycan və Gürcüstan da daxil olmaqla, bir çox dəmir yolu xətlərini maliyyələşdirir, birbaşa faydasını görməsə də, bu, ən azından ticarət yollarının bağlanma risklərini azaldır. Ona görə də Orta Dəhliz 5-7 il ərzində Çin üçün çox vacib dəhliz olacaq”.

Ekspertin fikrincə, Çinin Cənubi Qafqazda kifayət qədər ciddi mövqeləri var:

“Üstəlik, ABŞ indiki zamanda bir çox layihələr üçün lazım olan maliyyəni təmin etməyə hazır və qadir deyil. Onlara nəqliyyat dəhlizləri öz mallarını daşımaq üçün lazımdır. Amma orada hansı malların daşınacağı sualı yaranır. ABŞ regiona ciddi miqdarda mal tədarük etməyən bir ölkədir. Əsas tədarükçülər isə Çin və Yaxın Şərq ölkələridir. Mən düşünmürəm ki, indiki şəraitdə bir ticarət-logistika dəhlizi, o cümlədən Yaxın Şərqdə, Çindən kənar mümkün olsun”.

O bildirib ki, Çin tərəfindən investisiya qoyulması planlaşdırılan Gürcüstanda inşa ediləcək dərin su limanı yük daşınmalarını ən azı 15-20% artırmalı və malların daşınma xərclərini 10-15% ucuzlaşdırmalıdır.

Digər xəbərlər
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR
23:34 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
23:33 Paşinyan Azərbaycana barter təklif edir
23:32 Rahim Novruzova yüksək vəzifə verildi
23:31 Sabunçu Rayon İcra Hakimiyyətində təyinat
23:30 16 milyon dollar sərvəti kimə qalacaq?
23:30 Sabah bu ərazilərdə işıq olmayacaq