hemle

Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb

Tarix:3-11-2024, 15:02
Baxış Sayı:510



02 noyabr axşam 22:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində minik avtomobili qaz xəttinə çırpılıb. Qəza nəticəsində Abşeron Gənclər Şəhərciyini qidalandıran diametri 219 mm-dən ayrılan 108 mm-lik qaz xətti yararsız hala düşüb, 3000 abonentin qaz təchizatında fasilə yaranıb. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb. Bərpa işləri yekunlaşan kimi (qısa müddət ərzində yekunlaşması nəzərdə tutulur) sözügedən şəhərcikdə təbii qazın verilişi təmin ediləcək.
Hadisə nəticəsində xəsarət alan yoxdur.

Digər xəbərlər
17:57 Simpsonlar bunu da öncədən bildi: İstanbul zəlzələsi ilə bağlı qorxulu proqnoz
17:54 İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı
14:38 MOSKVADAN GERÇƏK BİR XATİRƏ
14:32 Ən pis günün belə olsun, ad günün mübarək şirin nəvəm
10:16 Ürək sağlamlığı üçün gündə nə qədər yağ istehlak etməli?
10:05 Rusiya Kiyevə zərbə endirdi - Ölənlər və yaralılar var
09:57 Putin Bəşər Əsədlə bağlı qərar verdi: Suriyaya təhvil veriləcək?
09:48 Ermənistanın yaydığı bu məlumat yalandır!