hemle

Qazaxıstanda YENİ VİZA - Turistlərdən nələr tələb ediləcək?

Tarix:3-11-2024, 09:53
Baxış Sayı:501




Qazaxıstanda “Neo Nomad” yeni növ vizası tətbiq edilib ki, bu viza səyahət edərək məsafədən işləyən, iş və istirahəti birləşdirən xarici turistlər üçün nəzərdə tutulub.

Yeni viza rejimi pandemiyadan sonra oxşar proqramları uğurla tətbiq etmiş 50-dən çox ölkənin beynəlxalq təcrübəsini nəzərə alır.

“Neo Nomad” vizası almaq üçün əcnəbi vətəndaş Qazaxıstandan kənarda ən azı 3 min dollar sabit gəlir nümayiş etdirməlidir.

Həmçinin, əsas gəlir tələblərinə əlavə olaraq, əcnəbi ərizəçilərə tibbi sığorta və məhkəməyə düşməməsi haqqında arayış tələb olunacaq. Viza müxtəlif sahələrdə - proqramlaşdırma, marketinq və maliyyədən tutmuş konsaltinq, dizayn və elektron ticarətə qədər məsafədən işləyən turistlər üçün nəzərdə tutulub.

Xarici turistlər, eyni zamanda öz xarici şirkətlərində işləyərkən Qazaxıstanda bir ilədək qala biləcəklər. Bu, onlara həm ölkənin həyatına və mədəniyyətinə bələd olmağa imkan verəcək, həm də Qazaxıstana əlavə iqtisadi fayda gətirəcək.

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu