hemle

ŞOK ARAŞDIRMA: hamiləlik insan DNT-sindəki qədim virusları oyadır

Tarix:30-10-2024, 09:19
Baxış Sayı:501



ABŞ və Almaniyadan olan beynəlxalq alimlər qrupu insan DNT-sində hamiləlik və qan itkisi zamanı aktivləşən qədim virusların fraqmentlərini aşkar ediblər. Bu mexanizm qırmızı qan hüceyrələrinin istehsalını artırı

Tədqiqat “Science” elmi jurnalında dərc olunub.

Kəşf hamiləlik zamanı retrotranspozonlar kimi tanınan genetik kodun hissələrinin oyandığı siçanların hematopoetik (qan əmələ gətirən) kök hüceyrələrinin təhlili nəticəsində əldə edilib.

Hamilə və hamilə olmayan qadınların qan nümunələrini təhlil edərək, tədqiqatçılar siçanlarda olduğu kimi insanlarda da eyni retrotranspozon reaktivliyinin baş verdiyini aşkar ediblər.

Sonrakı sınaqlar göstərib ki, siçanlarda bu proses bloklananda heyvanlarda anemiya yaranıb.

Komanda müəyyən edib ki, retrotranspozonlar interferon adlı siqnal zülalını aktivləşdirir və bu da öz növbəsində hematopoetik kök hüceyrələrin aktivliyini artırır.

Retrotranspozonlara adətən "zibil DNT" deyilir. İnsan genomunun təxminən 8%-ni təşkil edən genetik kodun bu seqmentləri bir zamanlar atılıb və az rol oynadığı düşünülürdü. Yeni kəşf genetik qalıqların hələ də bədənə fayda verə biləcəyini göstərib.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya