hemle

BRICS ölkələri COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib

Tarix:24-10-2024, 09:53
Baxış Sayı:441



BRICS sammitinin iştirakçıları Bakıda keçiriləcək COP29 konfransından tutarlı nəticələr gözləyirlər.

Bu barədə iştirakçı ölkələrin oktyabrın 23-də keçirilmiş sammitinin yekunları üzrə qəbul edilmiş Kazan bəyannaməsində deyilir.

"Biz Azərbaycanın COP29-u uğurla keçirəcəyi fikrinə sadiqik və təsirlərin yumşaldılması, uyğunlaşma, itki və zərərin qarşılanması sahələrində cari və gələcək milli fəaliyyət planlarına və məqsədlərə nail olmaqda əsas vasitə kimi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi sahəsində tutarlı nəticələr gözləyirik", - bəyannamədə qeyd olunub.

BRICS ölkələri həmçinin 2025-ci ildə COP30-a ev sahibliyi edəcək Braziliyanın bu tədbirin təşkilatçılığındakı aparıcı rolunu dəstəklədiklərini bildiriblər, eləcə də Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsini alqışlayıblar.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı