hemle

Putin 2008-ci ildə Buşun qulağına Ukrayna haqda nə deyib? - Sabiq səfir sirri açdı

Tarix:11-10-2024, 15:50
Baxış Sayı:459



Rusiya prezidenti Vladimir Putin 2008-ci ildə Buxarestdə keçirilən Rusiya-NATO sammiti zamanı Amerika lideri Corc Buşla təkbətək söhbətində Ukraynanın real ölkə olmadığını iddia edib.

Bunu ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor “The New York Times” (NYT) üçün yazdığı məqalədə xatırladıb .

“Sən başa düşürsən, Corc, Ukrayna hətta dövlət deyil! Ukrayna nədir? Ərazilərinin bir hissəsi Şərqi Avropadır, bir hissəsi və əhəmiyyətli hissəsi isə bizim tərəfimizdən bağışlanıb”, - Putin oturduğu yerdə əyilərək kiçik Buşun qulağına deyib.

Teylor onu da xatırladıb ki, hətta o zaman ABŞ dövlət katibi Kondoliza Rays yekun kommünikeyə Ukraynanın nəhayətdə NATO-ya qoşulacağını təsdiqləyən, lakin nə vaxt və necə olacağına dair heç bir məlumat verilmədən bəyanat salmağa nail olub.

“Əgər NATO 2008-ci ildə Ukrayna və Gürcüstanı NATO-ya üzvlük yoluna çıxarsaydı, ola bilsin ki, 2008-ci ildə nə Gürcüstanla münaqişə, nə də bugünkü Moskva ilə Kiyev arasında dəhşətli münaqişə baş verməzdi”, - deyə keçmiş diplomat məqaləsini yekunlaşdırıb.

Digər xəbərlər
15:17 Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
15:04 İsrailin öldürdüyü iranlı nüvə alimlərinin SİYAHISI
15:02 İranın İsrailə hücumu nəticəsində ölənlərin sayı artdı
14:59 Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
14:57 İrandan Azərbaycana təxliyə edilən ruslar Moskvaya nə vaxt göndəriləcək?
14:55 İsrail İrana qarşı hərbi əməliyyatı genişləndirdi
14:53 70 min nəfərin maaşı artırılacaq
14:48 Dünya qlobal müharibəyə bu qədər yaxın olmayıb - FƏLAKƏT XƏBƏRDARLIĞI