hemle

Ermənilər İranla sərhəddən narkotik keçirməyə cəhd etdilər

Tarix:8-10-2024, 10:29
Baxış Sayı:507



38 və 39 yaşlı iki İrəvan sakini Ermənistan-İran sərhədindən 14 kiloqrama yaxın narkotik maddə keçirməyə cəhd etdiklərinə görə tutulublar.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, avtomobilə baxış zamanı onların çantalarında 11 kiloqram 680 qram marixuana, 1 kiloqram 150 qram metamfetamin, 510 qram tiryək, 530 qram həşiş, həmçinin üzərində yazıları olan tabletlər aşkar edilib. Bu maddələrin bəzilərinin ekspertizası artıq başa çatıb, qalanları üçün isə davam edir.

İlkin araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitəni sərhəddən qaçaqmalçılıq yolu ilə keçirən İran vətəndaşından (şəxsiyyəti hələ müəyyən edilməyib) alıblar.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı