hemle

Türkiyə ətrafında çənbər daralır - Ekspertlərdən ŞOK PROQNOZ

Tarix:4-10-2024, 14:33
Baxış Sayı:440



İsrail rəsmiləri son günlər terror təşkilatı PKK-nı dəstəkləyən açıqlamalar verərkən, Netanyahunun oğlu qondarma “Kürdüstan”ın xəritəsini paylaşıb. Təhlükəsizlik ekspertləri İsraillə terror təşkilatı arasında mümkün əməkdaşlığı dəyərləndiriblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “İsrailin Fələstin və Livandan sonra hədəfi Türkiyə olacaq” açıqlaması İsrailin bölgədəki planlarına diqqət çəkib.

İsrailin "Arz-ı Mövud" adlanan mifoloji məqsədi Türkiyənin cənub-şərq bölgəsini "vəd edilmiş torpaqlar" sırasına daxil etməkdir ki, bu da Türkiyəyə qarşı təhdidləri daha da ağırlaşdırır.

Türkiyəli təhlükəsizlik mütəxəssisi Abdulla Ağar “Haber Global Web Özel”ə açıqlamasında bildirib ki, İsrail müharibə riskini gözə almasa da, Türkiyə bir çox təhdidlərlə üzləşə bilər:

“Avropa İttifaqının Şərqi Aralıq dənizini Türkiyəsiz paylaşmaq layihəsi, Yunanıstanın Meqali İdeyası, Yunanlarda Enosis, Ermənilərin “Böyük Ermənistan” idealı var. Əsədin gözü Hataydadır. PKK-nın “Böyük Kürdüstan” deyilən bir məqsədi var. Bəs bizim payımız nədir? Əgər buna uyğun yol xəritəsi cızıblarsa, bizim borcumuz onu pozmaqdır. Yol xəritəsinin pozulacağı yerlər Qamışlı, Ayn əl-Ərəb və Mənbicdir. Bunlar yerinə yetirilərsə, “vəd edilmiş torpaq” və “Böyük Kürdüstan” niyyəti də məhv olar. Digər tərəfdən, ölkələri PKK və terror təşkilatlarının qucağına itələməməli, PKK-ya fürsət verilməməlidir”.

Türkiyəli təhlükəsizlik üzrə ekspert Güngör Yavuzarslan İsrailin Qəzzada Suriyadan gətirilən muzdlu döyüşçülərdən istifadə etdiyini qeyd edib: "Suriyadakı YPG ünsürlərinin ABŞ tərəfindən Qolan üzərindən İsrail sıralarına qatıldığı bildirilir. Açıq mənbələr bölgədə terrorçuların minlərlə dollarlıq maaş ilə İsrail ordusunda olduqlarını deyirlər. İsrailin Suriyaya hücum etmək məqsədi var. O, bunu mütləq həyata keçirəcək. Suriyada PKK-çıların İsraillə birləşdiyini görə bilərik”.

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT