hemle

Ermənistan hələ də Natiq Qasımovun qalıqlarının yeri barədə məlumat vermir

Tarix:2-10-2024, 14:15
Baxış Sayı:446



Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir.

Prezident vurğulayıb ki, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib:

"Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır".

Digər xəbərlər
18:24 “Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN
18:22 Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir
18:19 Gözdən yayınmış rəng: Alimlər görün nə kəşf etdi
18:14 Həkimlər xəbərdarlıq etdi: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı