hemle

Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb

Tarix:29-09-2024, 12:06
Baxış Sayı:465

Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.

Cəlilabad rayonunda keçirilən Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak edib. Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsinə inşa edilmiş Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.

Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Həmçinin nəzərinizə onu da çatdırmaq istəyirik ki, Cəlilabad rayonu Vətən müharibəsi zamanı 97 şəhid verib.

Son olaraq yazımızı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 10 noyabr 2020-ci il tarixli xalqa müraciətindən olan sözlərlə bitirmək istəyirik.

"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq.

Biz bu Qələbəyə görə onlara borcluyuq.

Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb.

Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının."






Mirqamət Mirəli oğlu
Həmləmedi.az Cənub Regional üzrə müxbir

Digər xəbərlər
10:05 Maaşlarla bağlı YENİLİK - Vətəndaşlar istənilən bankdan...
10:01 ÜST-dən vəba ilə bağlı XƏBƏRDARLIQ
09:51 Rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Bu günün HAVASI
09:48 Tovuzda ev güclü yanğından xilas edildi
09:41 Türkiyə üçün dəhşətli proqnoz: Regional fəlakət olacaq, 25 milyon insan…
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq