hemle

Sosial mediadan istifadə edən uşaqlarla bağlı XƏBƏRDARLIQ

Tarix:26-09-2024, 09:15
Baxış Sayı:417



2018-2022-ci illər ərzində uşaqların sosial media istifadəsi zamanı göstərdiyi problemli davranışlarda 4 faiz artım olub.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin apardığı araşdırma müəyyənləşdirib.

ÜST-nin Avropa Regional Bürosunun “Məktəb yaşındakı uşaqların sağlamlıq davranışları” adlı araşdırması çərçivəsində 2021-2022-ci illərdə aparılan sorğunun nəticələrini əks etdirən hesabat dərc olunub.

Hesabatda Kanada, Danimarka, İngiltərə, Almaniya, Qazaxıstan və Qırğız Respublikası da daxil olmaqla Avropa və Asiyanın 44 ölkəsindən 11, 13 və 15 yaşlarında təxminən 280 min uşağın sosial media və rəqəmsal oyunlardakı davranışları araşdırılıb.

Tədqiqatın nəticələrinə görə, iştirakçıların 11 faizinin problemli davranışlar nümayiş etdirdiyi aşkar edilib. Bu göstərici 2018-ci ildə 7 faiz olub və hazırkı vaxtla müqayisədə 4 faiz artım qeydə alınıb.

Hesabatda problemli sosial media istifadəsinin 13 yaşlı uşaqlar arasında geniş yayıldığı və iştirakçıların 34 faizinin hər gün kompüter oyunları oynadığı müəyyən edilib. Eyni zamanda, tədqiqatda iştirak edən uşaqların 22 faizinin gündə ən az 4 saat olmaqla oyun oynadığı və bu göstəricidə oğlanların qızlara nisbətən daha çox olduğu aşkarlanıb.

ÜST-nin mütəxəssisləri ölkələri uşaqların rəqəmsal texnologiyaya çıxışını tənzimləyən tədbirləri nəzərdən keçirməyə çağırıb. Məlumatda sosial mediada və kompüter oyunlarında yaş məhdudiyyətlərinin əhəmiyyətinə diqqət çəkilib. Valideynlərin bu kimi halları vaxtında aşkar etmək üçün məlumatlı olmasının lazım olduğu vurğulanıb.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ