hemle

Yeni neft müqaviləsi imzalandı - Bu ərazilər Macarıstan şirkətinə tapşırıldı

Tarix:24-09-2024, 09:02
Baxış Sayı:501



Azərbaycanın Dövlət Neft Şirkəti - SOCAR və Macarıstanın Neft-Qaz şirkəti olanq «MOL Hungarian Oil and Gas» yeni neft müqaviləsi imzalayıb.

Sentyabrın 20-də şirkətlər arasında «Şamaxı-Qobustan» sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında anlaşma memorandumu imzalanıb.

SOCAR prezidenti Rövşən Nəcəf ilə və «MOL Hungarian Oil and Gas»ın sədri və baş icraçı direktoru Zsolt Hernadinin imzaladığı müqavilə «Şamaxı-Qobustan» neft sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında məsələləri əhatə edir.

«MOL Hungarian Oil and Gas» şirkəti barədə

Qeyd edək ki, bu Macarıstanın «MOL Hungarian Oil and Gas», yəni sadəcə «MOL Group» şirkəti bir neçə ölkədə işləyən beynəlxalq şirkətdir.

Sentyabrın 20-də imzalanan sənəd «MOL Hungarian Oil and Gas»nin Azərbaycanda ilk müqaviləsi deyil, şirkət Azərbaycanın neft qaz layihələrində 5 il əvvəldən iştirak etməyə başlayıb. Belə ki, 2019-cu ildə şirkət «Azəri-Çıraq-Günəşli» (“AÇG”) neft yatağında 9,57%, 2020-ci ildə isə neftin əsas ixrac kəməri olan Bakı-Tbilisi-Ceyhan (“BTC”) boru kəmərində isə 8,9% pay alıb.

Hazırda Bakı ofisi olan «MOL Azərbaycan»ın 10 işçisi var.

Hazırda «MOL Hungarian Oil and Gas» şirkəti Macarıstan və Azərbaycandan əlavə, Rusiya, Qazaxıstan, İraq, Pakistan, Misir, Xorvatiya və Rumıniyada da neft-qaz-enerji layihələrində iştirak edir.

«Şamaxı–Qobustan» neftli-qazlı sahəsində nə var?

Macarıstan şirkətinin tərəfdaş olduğu «Şamaxı–Qobustan» neftli-qazlı sahəsində nə qədər ehtiyat olduğu hələ bilinmir. Məhz buna görə, əraziyə yataq deyil, sahə adı verilib. Ərazi mürəkkəb geologiyaya malikdir. Neft-qazlılığı güman edilən sahələrin çox olmasına baxmayaraq tektonik quruluşun mürəkkəbliyindən yalnız iki yataq aşkar edilib: «Umbakı» neft yatağı, «Duvannı» qaz-kondensat yatağı.

Yeni imzalanan müqavilə bu ərazidə kəşfiyyat aparıb nə qədər neft qaz olduğunu aşkara çıxarmağı, daha sonra onu istismarını nəzərdə tutur.

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR