hemle

Azərbaycanda tələbələrə nəqliyyat güzəştləri tətbiq ediləcək? - Oktyabrın ortalarında...

Tarix:20-09-2024, 13:36
Baxış Sayı:566

 

Tələbələrə nəqliyyatda güzəştlərin edilməsi ilə bağlı məsələ daim gündəmdə olan mövzulardan biridir. Dünya təcrübəsinə nəzər salsaq, tələbələrin bir çox güzəştlərdən yararlandığını görə bilərik. Hətta qardaş Türkiyədə də tələbələr üçün müəyyən güzəşətlər, əsasən nəqliyyat güzəştləri mövcuddur. Belə ki, tələbələr aylıq 250 TL (12 manat) ödəməklə 1 ay müddətində məhdudiyyətsiz avtobus və tramvaydan istifadə edə bilirlər.

Maraqlıdır, Azərbaycanda da tələbələr üçün nəqliyyat güzəştlərinin tətbiqi nəzərdə tutulur?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Tural Orucov bildirdi ki, tələbələr, təqaüdçülər və digər sosial qruplardan olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının, həmçinin illik və aylıq ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir:

“Nağdsız ödənişlərə keçid təmin olunduqdan sonra sözügedən güzəştlər və aylıq, illik ödənişlərin tətbiqi mümkün ola bilər. Hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir”.

Eyni zamanda Təhsilin İnkişafı Fondundan qeyd edilib ki, tələbələrə nəqliyyatda güzəştlərin edilməsi ilə bağlı müəyyən qurumlara sorğular ünvanlanıb, danışıqlar aparılır.

“Amma hələ qəti bir nəticə yoxdur, bu səbəbdən də sırf nəqliyyatla bağlı nəsə demək tezdir. Onu demək olar ki, 150 min vahid tələbə kartı artıq sifariş verilib, universitetlərlə müqavilələr imzalanır, bu proses davam edir. Təxminən oktyabr ayının ortalarında kartlar tələbələrə veriləcək”, - deyə əlavə edilib.

Xatırladaq ki, iyunun 27-də Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Yeni yaradılacaq tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacaq.

Digər xəbərlər
09:26 Terror xəbərdarlığı: bu ölkələr hərəkətə keçdi - Rusiya təyyarələrdə görün nə planlaşdırıbmış
09:24 Qırıcılar Ermənistana göndərildi: Vəziyyət hər an dəyişə bilər
09:20 Həlledici gün: Tramp və Harris qələbəni hansı yolla təmin edə bilər? - MÜMKÜN SSENARİLƏR
09:19 Bakıda mühüm sammit keçirilir
09:16 MİDA bu ərazilərdə güzəştli mənzilləri satışa çıxarır
20:31 Gürcüstanda müxalifət mitinq keçirir
15:51 3 milyon azərbaycanlı borc içindədir: Bankların inanılmaz fırıldağı
15:18 Ermənistan Zəngəzur dəhlizini bu variantla açmaq istəyir - Rəsmi TƏKLİF