hemle

Gürcüstan - Rusiya sərhədi bağlanacaq

Tarix:16-09-2024, 20:51
Baxış Sayı:406



Gürcüstan-Rusiya sərhədində yerləşən "Kazbeqi - Yuxarı Lars" gömrük-keçid məntəqəsi yolların təcili təmiri ilə əlaqədar sentyabrın 18-dən oktyabrın 2-dək Bakı vaxtı ilə saat 06:00-dan 09:00-a kimi işləməyəcək.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

"Kazbeqi Ticarət-Sənaye Palatasının ərazisinə bitişik beynəlxalq əhəmiyyətli avtomobil yolunda təcili təmir işləri nəzərdə tutulub və bu səbəbdən iş zamanı avtomobillərin hərəkəti dayandırılacaq", - məlumatda deyilir.

Bildirilir ki, bu saatlarda Gürcüstanın dövlət sərhədindən malların idxalı və ixracı, habelə fiziki şəxslər tərəfindən sərhədin keçilməsi ilə bağlı prosedurlar həyata keçirilməyəcək.

Digər vaxtlarda isə gömrük-keçid məntəqəsi adi rejimdə tam gücü ilə fəaliyyət göstərəcək, malların idxalı və ixracı, habelə fiziki şəxslərin sərhəddən keçirilməsi maneəsiz həyata keçiriləcək.

Qeyd edək ki, "Kazbeqi - Yuxarı Lars" hazırda Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə gömrük-keçid məntəqəsidir.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi