hemle

MSK iki seçki dairəsində altı məntəqədə səsvermənin nəticələrini etibarsız sayıb

Tarix:15-09-2024, 14:36
Baxış Sayı:427



Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkisi ilə əlaqədar 24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın və 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciətlərinə baxılıb.

24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın müraciəti üzrə 4, 6, 28, 31 və 33 saylı məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

Bu 5 məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciəti üzrə 17 saylı məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb. Bu məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR