hemle

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr - YENİLƏNDİ

Tarix:1-09-2024, 17:49
Baxış Sayı:405



Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə hələ də 122 saylı Xankəndi seçki dairəsidir.

Həmin seçki dairəsindən 42,7 faiz seçici (2 min 834 nəfər) indiyədək səsvermə hüququndan istifadə edib.

Seçici fəallığının ən aşağı olduğu dairə isə 54 saylı Mingəçevir seçki dairəsidir. Burada seçici fəallığı 12,8 faiz (6 min 447 nəfər) olub.

***

Ölkə üzrə seçici fəallığı ən yüksək olan seçki dairəsi 122 saylı Xankəndi seçki dairəsidir.

Bunu Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında açıqlayıb.

O qeyd edib ki, saat 12:00-a olan nəticələrə görə, həmin seçki dairəsində seçici fəallığı 32.6 faizdir (2 182 nəfər).

F.Orucov 54 saylı Mingəçevir seçki dairəsində isə seçici fəallığının aşağı olduğunu deyib. Belə ki, bu dairədə seçicilərin cəmi 7.5 faizi (3 768 nəfər) səs verib.

***

Saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 109 saylı Qazax seçki dairəsidir.

Həmin seçki dairəsindən 17.7 faiz seçici (8646 nəfər) indiyədək səsvermə hüququndan istifadə edib.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə isə 24 saylı Nizami birinci seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 2.6 faiz olub.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ