hemle

İran parlamenti ölkə prezidentinin ideyasını dəstəklədi: Paytaxtı Tehrandan köçürülür?

Tarix:13-09-2024, 15:05
Baxış Sayı:474



"İranın paytaxtının Tehrandan köçürülməsi mümkündür, baxmayaraq ki, bu proses kifayət qədər əmək və vəsait tələb edir".

Bu sözləri İran Məclisinin Daxili siyasət komitəsinin üzvü Seyid Ruhulla Musəvi deyib.

"Paytaxtın köçürülməsi prosesi kifayət qədər zəhmət tələb edir, mürəkkəbdir və böyük vəsaitlərə ehtiyac duyulacaq, lakin ərazinin köçürülmə üçün hazırlanması müvafiq şəkildə həyata keçirilərsə, bu, mümkündür", - deyə Musəvi fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bəzi nazirliklərin ixtisaslaşmış şirkətlərin istehsalın cəmləşdiyi yerə köçürülməsi məntiqli olardı, polad sənaye obyektləri isə dənizə yaxın yerləşdirilə bilər, çünki onlar böyük miqdarda su tələb edir.

Xatırladaq ki, sentyabrın 7-də İran Prezidenti Məsud Pezeşkian ölkə paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsinin zəruriliyini bəyan edib. Dövlət başçısının qeyd etdiyi kimi, Tehranın hazırda üzləşdiyi problemləri başqa yolla həll etmək mümkün deyil.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ