hemle

"Telegram" bu funksiyaları ləğv etdi

Tarix:7-09-2024, 08:45
Baxış Sayı:440



"Telegram" sosial şəbəkəsində iki funksiya ləğv edilib.

Bu barədə tətbiqin həmtəsisçisi Pavel Durov özünün rəsmi "Telegram" kanalında məlumat paylaşıb.

O bildirib ki, “Yaxın insanlar” funksiyası, həmçinin "Telegram"ın oflayn bloq alətinə yeni media fayllarının yüklənməsi dekativ edilib.

Durov bunların istifadəçilər tərəfindən bəyənilməyən, platforma administrasiyası üçün problem yaradan funksiyalar olduğunu deyib.

Onun sözlərinə görə, "Yaxın insanlar" funksiyasından "Telegram" istifadəçilərinin 0,1%-dən az hissəsi istifadə edib. Bununla yanaşı, funksiya botlar və fırıldaqçılarla bağlı problemlərə səbəb olub.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı