hemle

Türkiyənin qarşısına ŞƏRT QOYULUB: "Ankara Aİ-yə üzvü olmaq istəyirsə..." - Lavrov AÇIQLADI

Tarix:6-09-2024, 08:57
Baxış Sayı:443



"Aİ Türkiyəyə işarə edir ki, Ankara blokun tamhüquqlu üzvü olmaq istəyirsə, Rusiyaya qarşı Avropa sanksiyalarını dəstəkləməlidir".

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBC-yə müsahibəsində bildirib .

Nazirin sözlərinə görə, Avropa İttifaqı Ankaranın BRİKS-ə müraciət etməsi xəbərindən sonra Türkiyəyə xatırladıb ki, Aİ üzvlüyünə namizədlər blokun ümumi xarici siyasətinə, eləcə də təhlükəsizlik sahəsində xəttə riayət etməlidirlər.

“Bu, Türkiyə Avropa Birliyinə üzv olmaq istəsə, anti-Rusiya sanksiyalarına qoşulmağın bariz göstəricisidir”, - Lavrov vurğulayıb.

Qeyd edək ki, sentyabrın 2-də "Bloomberg" agentliyi, Türkiyə 2006-cı ildən mövcud olan BRİKS alyansına qoşulmaq üçün rəsmi ərizə verdiyini açıqlayıb. Hazırda assosiasiyaya Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya daxildir.

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ